Dünya ölkələri arasında
ortaya çıxabiləcək fərqliliklər saydıqca bitməyəcək qədər böyükdür. Bu böyüklük
həm rəqəmsal olaraq, həm də çeşitlilik baxımından həddi aşacaq qədər fərqlidir.
Amma tesüflər olsun ki, kapitalizmdə sərvətin həddi də yoxdur. Bu sistemdə sərvət
də xəyal kimi bir şeydir. Xəyalının genişlədiyi yerə qədər, sərvətini də genişlədə
bilərsən. Ya da tam tersi. Düzdü, bu sistem üçün bacarıq bəlkə də ən önəmli
şeydi və elə uğurun açarı da odur. Amma keçən əsrin müstəmləkələri bu gün
Afrikada uşaqlara ne xeyal qurdurur ne de onların valideyinlərinə gündə 1
dollardan artıq pul qazandırır. Bu gün Afrikada və qismən də Cənubi Amerika ölkələrində
uşaqlar heç xeyal da qurmağı bacarmır. Yani statistikaya əsasən bu gün dünyanın
1.4 milyard nəfəri gündə 1.25 dollardan daha az məvacib üçün bir gününü serf
edir. Bu məbləğ Avropa üçün ictimai nəqliyyatlarda bir gediş haqqına bərabər dəyərdir
və bu nəqliyyat John u ən sevdiyi “luna parka” ya da başqa bir əyləncə məkanına
çatdıracaq. O burada bayaqkı pulun bir neçə qatını da verərək sevdiyi gizgi
film qəhrəmanlarının oyuncaqları ilə vaxt keçirəcək. Afrikadakı hələ 6 yaşını
yenicə tamamlamış Kara isə hələ neçə il evdən 1.25 dollar üçün çıxacaq.
Afrikada 20% e yaxın uşaq özünün 5 ci doğum gününü görəbilmir. Kara da buna görə
elə hesab edir ki, o şanslıdır. Onun bütün xəyalı da ele bundan ibarətdir. O da
hər gün, hətta şənbə, bazar demədən qatardan istifadə edir. Amma bu onun gedən
və bir daha geriyə dönüşü olmayan həyat qatarıdır. Kara, verdiyi 14 saatdan
artıq bir vaxtı üçün 1.25 dollar alır. Həmin o 1.25 dollar əksər Afriklı vətəndaş
kimi Karaya verdiyi bir günü üçün qaytarılan, müstəmləkənin qəddar üzünün
qaçınılmaz taleyidir. Əslində o məvacib 14 saatın yox, geridə qalan 8 saat yuxunun
qarşılığı idi. Çünki kara 14 saat işləməyə məhkum idi. Bu müstəmləkənin qoyduğu
qanundur. O pul karaya geridə qalan 8 saatını daha rahat yatsın, xəyal qurmadan
daha rahat yatsın deyə verilir. Bu dollar həm də John un verdiyi dollardır.
Fransız john Karaya etdiyi fədəkarlığın əvəzində bunu verir. Çünki hətta
azyaşlı John da bilir ki, Kara olmasa bu qatar getməz. Ya da ən azından belə
rahat getməz, gizgi film qəhrəmanları da olmaz bəlkə də. Yani Kara öz xəyallarını
1.25 dollar qarşılığında John a satır. İndi Karanın xeyal dünyası da John un
kilərlə birlikdə o Fransız uşağındadır. Bunu John da yaxşı bilir və amma “əslində”
heç kim bilmir.
Dünya Bankı statistikası və digər əlaqəli qurumların məlumatları
dünya ölkələrinin o qədər də qeyri bərabər olmadığını deyir. Yani dünyanı ölkələr
olaraq ələ alanda belə görünür. En azından Thomas Piketty və mən belə düşünmürəm.
Dünya statistik qurum melumat və tabloları ölkələr
bazında dəyərləmə həyata keçirdikdə fərd başına gəlirlə, fərd başına istehsalın
əslində o qədər də fərqli olmadığını ortaya qoyur. Amma bu belə deyil. Yani dünyadakı
gelir paylaşımı əslində istehsal paylaşımından daha ədalətsizdir və fərd başına
gəlirin ən yüksək olduğu ölkələr, daha az inkişaf etmiş ölkələrin sərmayələrinin
böyük hissəsinə sahibdirlər. Dolaysı ilə fərd başına gəliri yüksək ölkələr eyni
zamanda kasıb ölkələrdən axıb gələn əlavə sərmaye də əldə edirlər. Bir sözlə
varlı ölkələr iki tərəfli qazanclıdır. Necə...
Dünyanı materiklər, qitələr ya da ölkələr olaraq dəyərləndirdikdə
ortaya heç də pis tablo çıxmaz. Yani ilk baxışda Asiyanın bir hissəsində,
Afrikada, Cənubi Amerikada fərd başına gəlirlər fərd başına istehsal yönündən dəyərləndirməyə
anındıqda Avropadakından o qədər də ədalətsiz görünmür. Amma gözdən qaçan, nəzərə
alınmayan kasıb ölkələrdəki istehsalın böyük qisminin güclü dövlətlərin sərməyəsi
ilə qurulması və əldə edilən gəlirin də sonunda elə o ölkələrə axmasıdır. Bu vəziyyət
kasıb ölkələrdəki fərd başına gəliri azaldırkən, Almaniya, Fransa, Amerika kimi
dövlətlərdə gəlirləri daha da artırır. Yani əslində dünyada ölkələr arasında gəlir
bölüşümü, istehsal bölüşümündən daha ədalətsizdir. Əgər bu gün Əl Cəzairidə
istehsal həcminə görə fərd başına gəlirlərə baxsaq ortaya heç də pis nəticə
çıxmayacaq. Yəni nəticə ən azından reallıqdan yaxşı olacaqdır. Amma əslində bu
gün Əl Cəzairidə istehsalın böyük bir qismi fransız sərmayesi hesabına
reallaşır və normal olaraq da əldə edilən qazanc da Fransaya axır.
Bu ədalətsiz gəlir bölüşümü bu gün deyil, illərdir davam
edir. Məsələn, Avropalı dövlətlərin 1913 ilində Asya və Afrikadakı yerli sərmayənin
30% ə, sənayə sərmayəsinin isə 70% artıq bir hissəsinə sahib olduğu
açıqdır.





