18 Temmuz 2015

Tələbdəki Azalışın Tarixə Nəzər Salaraq İqtisadi Qarşılaşdırılması. Azərbaycan Timsalında

On dördüncü əsrdə Avropada ‘Bubon Epidemiyası’ bir neçə il ərzində əhalini üçdə bir hissəsinin məhv olmasına səbəb oldu. Qara ölüm adlandırılan bu hadisədən istifadə edərək bir iqtisadi eksperment aparmaq mümkündür. Yəni, qara ölüm sağ qalan əhaliyə necə təsir etdi.? Onun iqtisadi təsiri necə oldu. ?
         Bu suala cavab vermək üçün, əhalininn sayının azalmasının əməyin və torpağın marjinal məhsuldarlığına necə təsir etdiyinə nəzər yetirək. İşçi qüvvəsinin sayı azaldığından, əməyin marjinal məhsuldarlığı artır. Yəni, nəzəriyyəyə görə Qara Ölüm əmək haqqının artması ilə nəticələnmişdir.
         İstehsal prosesində torpaq və əmək birlikdə istifadə edildiyi üçün, işçilərin sayının azalması, həm də orta əsrlər Avropasında çox əhəmiyyətli istehsal amili olan torpaq bazarına təsir etmişdir. Torpağı əkib becərən işçilərin az olması hər bir əlavə torpaq sahəsindən daha az məhsul əldə olunmasına səbəb olmuşdur. Başqa bir sözlə torpağın marjinal məhsuldarlığı azalmış, Qara Ölüm torpağın icarə qiymətinin azalmasına gətirib çıxarmışdır.
         Tarixə nəzər salsaq faktlar nəzəriyyənin prognozlarının doğru olduğunu göstərir. Qara Ölümdən sonrakı dövrdə əmək haqları təqribən iki dəfə artmış, torpağın icarə haqqı isə 50 faizədək azalmışdır. Nəticə olaraq bu xəstəlik kəndli sinifinin iqtisadi yaşam şərtlərinin yaxşılaşmasına, sahibkarların, yəni, torpaq sahiblərinin isə gəlirlərinin azalmasına səbəb olmuşdur.(yuxarıdakı tarixi fakt aşağıdaki iqtisadi hadisəylə əlaqəsi yaradılmağa çalışılan sadəcə bir bənzətmədir.Qaynaq. Qreqori Menkyu. Ekonomiksin Əsasları. Bakı 2010. s.407)


Azərbaycanda paytaxt Bakıda son zamanlar (2015 in ikinci yarısı) sıxlığın, yəni bölgələrdən axının  azalmasının əmək haqları və daşınmaz əmlak bazarına təsiri nədir. ?
Sona zamanlar, xüsusi ilə də Birinci Gənclər Yay Avropa Oyunlarından sonra şəhərə girişlərə bəzi məhdudiyyətlərin gətirilməsi paytaxt Bakıda da durğunluğa səbəb olmuşdur. Bu durğunluq ilk başda orta və aşağı qiymətli malların təlabatına azalış şəklində  görülsə də, digər bir dəyişmə də keçən yazıların birində bəhs etdiyimiz kimi, kənd təsərrüfatı məhsullarının təklif həcmindəki azalma, ya da qiymətlərindəki bir qədər artışdır.

         Daşınmaz əmlak bazarında dəyərləndirmə.
Dediyimiz kimi, bölgələrdən axının, xüsusi ilə də tikintilərdə işləyən işçi ordusunun azalması müşahidə edilməkdədir. Bəs bunun başlıca səbəbi nədir. ?
Yuxarıda da qeyd etdiyimiz kimi, həyata keçrilən bəzi dövlət programlarıyla bərabər, paytaxta bölgələrdən kütləvi axının qarşısı alınmışdır. Bu isə qismən də olsa tikintilərdə işləyən işçi sayısını azaltmışdır. Başqa bir tərəfdən də, bölgələrdən axının azalmasından dolayı bir çox sektorlarda və elə eyni zamanda daşınmaz əmlak bazarında da qiymətlər düşmüşdür. Yəni, 2015 ci ilin ikinci yarısına əsasən verilən məlumatlara görə Bakıda daşınmaz əmlak qiymətlərində 5-7% arasında azalma müşühidə edilmişdir.  Bu azalma isə hələ ki, tikinti sahəsində çalışan işçilərin əmək haqlarının artmasının qarşısını alır. Yəni, nəticə olaraq 14 cü əsrdə Avropada və 2015 ci ildə Bakıda baş verənlərin oxşar cəhəti əhalinin sayısında azalmanın müşahidə edilməsidir. Amma, qarşılaşdırmada bir sıra fərqliliklər və bənzərliklər vardır. Hər iki nəticə bu dəyişimlərin heç də sahibkarların yararına olmadığını ortaya qoymaqdadır. Yəni, Avropada torpaq qiymətlərinin düşməsi, Bakıda isə daşınmaz əmlak bazarındakı tələb çatışmazlığından yana sahibkarlar əvvəlkindən daha az qazanacaqdır. Fərqli cəhət isə 14 cü əsr Qara Ölümlə əmək haqlarının 50 faiz artmasına qarşılıq, daşınmaz əmlak bazarında bunun müşaidə edilməməsidir. Bunun səbəbi isə ölkə iqtisadiyyatının, xüsusi ilə də devalüvasiya ilə daha öncədən durğunluğa girmiş olması ilə qismən əlaqələndirilə bilər ki, bununla da sahibkarlar da yeni tikinti sahələrini başlatmaq marağında deyillər və işçi qüvvəyə tələb o qədər də şiddətli deyil. Amma, ümümi nəticə olaraq bu dəyişikliklərdən 14 cü əsr Avropadakı nəticəyə bənzər nəticə əldə edilir. Yəni, tələbin düşməsi sahibkar qazanclarını azaltmaqla bərarər, əmək tələbinin aşağı olması kəndçini paytaxta gəlməyə məcbur etmir. Əvəzində kənçi işsiz qalmamaq üçün öz işini özü qurmağa qərar verir və bu da nəticədə yeni iş yerlərinin açılmasına, bölgələrlə paytaxt arasında yaşam uçrumunun azalmasına səbəb olur.  Yəni, uzun zaman dilimində bu dəyişimdən kəndçi daha çox fayda əldə edəcəkdir. Son olaraq deyə bilərik ki, hər iki halda yəni əhalinin təbii ya da qeyri təbii yolla azalaraq tələbinin düşməsi sahibkarların əlehinə, kəndçi sinifinin isə uzun zaman dilimində yararına ola bilər.

Elgün ORUCLU

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.