Dövlət qərarları
və politilen paketlərin ödənişli satışı: iqtisadi və sosial baxış
Dövlətlərin öyrəşilmiş tendensiyaları dəyişdirmək üçün müxtəlif dövrlərdə
fərqli strateji qərarlar qəbul etdiyini görürük. Bunlara istehsal ili köhnə
olan avtomobillərin daha çox vergi ödəməsini, vergi yayınmalarının qarşısını
almaq üçün keşbek (cashback) sisteminin tətbiq edilməsini, idxalı azaltmaq üçün
ölkə daxilində həvəsləndirici subsidiyaların verilməsini, hətta uşaq
doğumlarının azaldığı ölkələrdə hər yeni doğulan körpəyə əlavə ödənişlərin
edilməsini misal göstərə bilərik.
Göründüyü kimi, bu tədbirlərin bir hissəsi birbaşa iqtisadi, bəziləri
çevrəsəl, bir qismi sosial yönümlü, digər hissəsi isə başqa
kateqoriyalardandır. Bu nümunələrin sayını həm dünya, həm də ölkəmizi nəzərə
almaqla yüzlərlə artırmaq mümkündür.
Təbii ki, bu kimi tədbirlər alqışlanandır və düzgün tətbiq edildiyi
halda müsbət nəticələr əldə edilməsi şübhəsizdir. Bəs görəsən, bu tədbirlər tətbiq
olunarkən həqiqətən bütün amillər nəzərə alınırmı? Yoxsa bütün tədbirlərin
marjinallığı ən pis halda sıfıra bərabərdir? Yoxsa mənfi nəticəli olanları da
var?
Marketlərdə paket istifadəsi
statistikası: Bakı
üzrə orta statistik göstəricilərə əsasən şəbəkə marketlərinə gün ərzində təxminən
550 müştəri girişi olur və hər 100 müştərinin 65%-i aldığı məhsullar üçün paket
və ya paketlər tələb etmək məcburiyyətində qalır.
Dünya statistikası göstərir ki, marketdən paket tələb edən hər 100
müştəridən 65 nəfəri eyni zamanda 1 ədəddən çox politilen torba alır. Bu rəqəm
orta hesabla hər paket alan müştəri üçün 1.8 ədəd təşkil edir. Məsələni daha
aydın təsəvvür etmək üçün bunu belə ifadə edə bilərik: Marketə daxil olan hər 100
müştəridən 65 nəfəri orta hesabla 1.8 ədəd politilen paket istifadə edir. Başqa
sözlə, gündəlik 550 müştəri ziyarəti olan marketdə təxminən 643 ədəd politilen
paket müştərilərə ödənişli şəkildə satılır.
Politilen paket
satışından gəlir
Bu hesablamaya əsasən, gündəlik orta hesabla 550 müştəri ziyarəti
olan market gün sonunda təxminən 32,15 AZN (550 × 0.65 × 0.05) dəyərində
politilen paket satışından kassa gəliri əldə edir. Qeyd etmək lazımdır ki, bu
hesablamalar orta ölçülü (təxminən 27×52 sm) market paketinə əsaslanır və satış
qiyməti 0.05 AZN (5 qəpik) olaraq götürülmüşdür.
Bəs bu kassa gəlirindən qazanclı çıxan tərəf kimdir? Bu qərar marketlər,müştərilər,
istehsalçılar yoxsa çevrə üçün daha faydalıdır?
Müştəri
baxımından təsir
İlk baxışdan aydın olur ki, artıq müştərilər bu paketləri ödənişlə
aldıqları üçün pul xərcləyən tərəfdirlər və təbii ki, zərər çəkən tərəf kimi
görünürlər. Çevrə kirliliyi və təbiətin qorunması kimi məsələlər isə dolaylı
faktorlardır və aşağıda ayrıca izah ediləcəkdir.
Marketlər üçün təsir
Marketlər isə təbii ki, əlavə satış edən tərəfdirlər və bu qərar
onlar üçün optimal görünür.
Paket
istehsalçıları üçün təsir
Politilen paket istehsalçıları da indi daha çox satış edə bilirlər və
satış etdikləri müəssisələrdən ödənişlərini daha sürətli toplamaq imkanına
sahibdirlər. Çünki əvvəllər marketlər bu paketləri ödənişsiz təqdim etdikləri
üçün əlavə paket satışına maraqlı deyildilər və məhsullar mümkün qədər az
paketlə qablaşdırılırdı. İndi isə mağazalar paketlərin ödənişlərini müştəridən
aldıqları üçün maliyyə baxımından daha güclüdürlər və istehsalçıların ödənişlərini
daha çevik ödəyə bilirlər.
Bəs çevrə üçün təsiri
nədir?
Yuxarıdakı cümlələrdən biri — “indi marketlər salafan paketi verməyə
daha maraqlıdırlar” fikri — düşünürəm ki, bu məsələnin mahiyyətini kifayət qədər
açıqlayır. Bəli, müşahidələr və iqtisadi nəzəriyyələr onu deməyə əsas verir ki,
politilen paketlərin ödənişli təqdim edilməsi ilkin mərhələdə onun istifadəsini
azalda bilər. Lakin orta müddətdə istifadə əvvəlki vəziyyətinə qayıda, uzun
müddətdə isə marketlərin onu daha çox satmaq istəyi ilə əvvəlki tələbatı belə
üstələyə bilər. Çünki müştərilərin ehtiyacları zamanla artır və yaşlı nəsli
istisna etsək, digər nəsillər alış-verişə gedərkən üzərlərində əlavə paket
daşımırlar. Başqa sözlə desək, indi marketlər politilen paketləri satmağa əvvəlkindən
daha da maraqlıdırlar.
Marketlərin
paket satışına marağının iqtisadi tərəfi
Gəlin marketlərin bu marağını rəqəmlərlə ifadə edək. Mağazalarda
istifadə olunan orta ölçülü politilen paketin 1 ədədinin alış qiyməti təxminən
0.02 AZN (2 qəpik) təşkil edir və 0.05 AZN (5 qəpik) qiymətinə satılır. Bu isə
hər satış üçün 3 qəpik xalis mənfəət, yəni təxminən 60% marja deməkdir. Əvvəlki
hesablamamıza qayıdaraq deyə bilərik ki, gündəlik 550 müştəri girişi olan bir
market yalnız paket satışından təxminən 19,30
AZN (550 × 0.65 × 1.8 × 0.03) xalis qazanc əldə edir.
Burada: 550 – günlük müştəri sayı, 65% – paket alan müştəri payı, 1.8
– hər müştərinin aldığı paket sayı, 0.03 – hər paketdən əldə olunan xalis
qazancdır
Paket satışının illik təsiri: Bu rəqəm ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin hesabladıqda, günlük qazanc: 19,30 AZN, aylıq qazanc: 586,7 AZN, illik qazanc: 7.040,6 AZN təşkil edir. Əgər bu göstəricini 300-dən artıq filialı olan şəbəkə marketlərə tətbiq etsək, illik qazanc təxminən 2.112.000 AZN (iki milyon yüz on iki min manat) olur.
Burada başqa bir məsələ daha var. Əvvəllər
marketlər bu paketləri 2 qəpiyə alıb müştərilərə ödənişsiz təqdim edirdilər. İndi
isə həmin paketlər 5 qəpiyə satılır. Bu isə bir market üçün, günlük 32,15 AZN, aylıq
977 AZN, illik 11.734,4 AZN əlavə satış (xərc + mənfəətlə birlikdə) dövriyyəsi
qazandırır. Əgər bu göstəricini 300-dən
artıq filialı olan şəbəkə marketlərə tətbiq etsək, illik gəlir təxminən 3.520.200
AZN (üç milyon beş yüz iyirmi min iki yüz manat) olur. Bu isə əlavə satış
dövriyyəsi deməkdir.
Nəticə
Mağazalarda əsasən istifadə olunan orta ölçülü politilen salafanın 1 ədədini
orta qiyməti 0.002 AZN yəni 2 qəpikdir və 5 qəpiyə satış edilir. Hər satış üçün
60%, yəni 3 qəpik xalis mənfəət əmələ gəlir. Yenə də əvvəlki hesablamamıza
qayıdaraq günlük orta hesabla 550 müştəri girişi olan marketin yalnız salafan
paket satışından 19,30 AZN ( 550 x 0.65 x 1.8 x 0.003) xalis qazanc əldə
etdiyini görə bilərik. Burada 550 müştəri girişi, 0.65 paket alışı edən müştəri
sayı, 1.8 alış edən müştərinin alış etdiyi salafan sayı, 0.003 isə hər salafan
satışından əldə edilən xalis gəlir məbləğidir. Bəli, ilk baxışda əhəmiyyətsiz
görünən bu rəqəm günlük 1 market üçün 19,30 AZN əlavə xalis qazanc, aylıq 586,7
AZN, illik isə 7.040,6 AZN (yeddi min qırx manat altmış qəpik ) əlavə mənfəət qazandırır.
300-dən artıq filialı olan şəbəkə marketlər üçün bu rəqəm 2.112.000 AZN-dir
(iki milyon yüz on iki min manat). Hə, bir də bu rəqəmin 2 qəpiklik hissəsi
var. Axı, daha əvvəllər marketlər həmin salafanların 1 ədədini 2 qəpikdən əldə
edirdilərsə, indi isə, toplamda 5 qəpiyə satılan salafan şirkətə müəssisələrə əslində
32,15 AZN günlük, 977 AZN aylıq, 11.734,4 AZN isə illik əlavə satış gətirir. İndiki
vəziyyətdə orta hesabla 11.730 AZN daha qazanclı olan (çünki əvvəlki vəziyyətdə
2 qəpiyə alınan salafan paket müştəriyə tamamı ilə ödənişsiz satılırdı, ona görə
də 11.734,4 AZN marketlər üçün əvvəlki vəziyyətlə müqayisədə tam qazanc sayıla
bilər) politilen paket hər market üçün əvvəlki vəziyyətlə müqayisədə aylıq təxmini
977 AZN qazanc yaradır. Bu isə, təxmini marketdə satıcı qismində çalışan 2
işçinin aylıq əməkhaqqısına bərabərdir. Başqa sözlə desək, bu qərarın nəticəsində:
marketlər paket satışına daha çox maraqlı olurlar, daha çox satış onların çevrəyə
daha çox yayılmasını sürətləndirə bilir, müştərilər isə fərqində olmadan 5 qəpiklərlə
market işçilərinin maaşının bir hissəsini ödəyirlər.
Bəs çevrə? Yuxarıdakı cümlələrdən biri “indi
marketlər salafan paketi verməyə daha maraqlıdırlar” fikri düşünürəm ki, yetərincə
açıqlayıcıdır. Bəli, müşahidələr və iqtisadi nəzəriyyələr onu deməyə əsas veri
ki, salafan paketlərin ödənişli təqdim edilməsi ilk başda onun satışını azaltsa
da, orta dönəmdə onun istifadəsi əvvəlki vəziyyətinə geri qayıdacaq, uzun dönəmdə
isə marketlərin onu daha çox satma istəyi ilə əvvəlki təlabatını üstələyəcəkdir.
Çünki, müştərilərin ehtiyacları günü gündən daha da artmağa davam edir və bəzi
yaşlı nəsli çıxmaq şərti ilə, digər generasiya alış-veriş üçün üzərində əlavə
salafan gəzdirmir.
İqtisadiyyatda bunu açıqlayan “J” və ya
devalivasiya əyrisi kimi tanınan nəzəriyyə mövcuddur. Bu nəzəriyyət danışdığımız
mövzunu açıqlayır və bu təbii ki praktikada da keçərlidir. Sadə dildə izah etsək,
devalivasiya (ölkə valyutasının dəyər itirməsi) olduğu zaman idxal (xarici
bazardan alınan mallar) əvvəlkinə nisbətdə daha bahalı hal almağa başlayır. Devalivasiyadan
sonra istehlakçıların davranışı “J” əyrisinin ortaya çıxmasına səbəb olur. “J”
hərfinin sol tərəfindəki ilk başlanğıc nöqtəsi devalivasiyanın olduğu dönəmdir.
Daha sonra idxal mallar bahalaşdığı üçün (bizim nümunədə salafan paketlər ödənişli
olduğu üçün) tələb qısa müddətdə azalacaqdır. Elə bu səbəbdəndir ki, “J” hərfindəki
kimi istehsalçı davranışlarında, yəni alım gücündə azalma müşahidə edilir və
davranışlar koordinant oxu üzərində ilk əvvəl azalan traektoriya cızmağa
başlayır. Bu azalma “J” hərfinin ən aşağıda olan oturacaq nöqtəsinə qədər davam
edir. Bu ən minumum həddən sonra istehlakçıların davranışı bazar üçün yeni
münbit nöqtə tapmağa başlayır və yeni istehlakçı davranışları “J” əyrisinin sağ
qalxan tərəfini əmələ gətirir. Bu qalxış istehlakçı davranışlarının
devalivasiyadan sonra yüksəlmiş xarici qiymətlərə adaptasiya olduğu müddətdən
başlayır. Yəni, istehlakçı yeni qiymətlərə artıq uyğunlaşmışdır. Amma, bu
uyğunlaşma uzun dönəm ərzində baş verir. Bizim politilen paket nümunəmizdə
salafanın ödənişli satılmağa başlanması “J” əyrisinin ən soldakı ilk başlanğıc
nöqtəsidir və bu qısa dönəm ərzindəki istehlakçı davranışlarının nəticəsidir. “J”
əyrisinin ən altdakı oturacaq nöqtəsi müştərilərin orta dönəm ərzində salafan
aketləri 5 qəpik qarşılığında almağa psixoloji olaraq razılaşdığı müddətin
tamamlanmasıdır. Qalxış nöqtəsi isə uzun zaman dilimindəki dəyişiklikdir. Artıq
bütün müştərilər salafan paket üçün 5 qəpik ödəməyə tərəddüd etmir və psixoloji
olaraq tamamı ilə qəbul etmişlər.
Ümumiləşdirəcək olsaq, indi marketlər salafan paketləri satmağa əvvəlkindən daha da maraqlıdırlar. Bəs onlar buna nə qədər maraqlıdırlar? Bəli, nəticə onu göstərir ki, indiki vəziyyətdə marketlər salafan paket satışına daha çox maraqlıdırlar, bu isə onun çevrəyə daha çox yayılmasını daha da sürətləndirə bilər. Eyni zamanda müştərilər artıq orta səviyyədə gəlirliliyi olan marketlərdəki 2 işçinin maaşını gözə görünməyən 5 qəpiklərlə ödəyir.
Elgün Oruclu
