Günümüzdə
iqtisadi fəaliyyətlərin yol aşmış olduğu iqtisadi bərəbərsizliklər hər keşən
gün ekonomik fərdlər arasında gəlir baxımından uçurum yaradacaq qədər böyüməyə
davam etməkdədir. Bu başlıca olaraq kapitalizmin hədsiz sərvətə sahib olmada
yaratdığı sərbəstliklərdən ya da gəlirlərin qaynağının araşdırılmaması kimi səbəblərdən
ortaya çıxmış olsa da bu fərqliliyin yaranmasının əsas səbəbi kapitalizm dilindən desək bacarıqdır. Bəzi mənbələr
insanlar arasındakı böyük gəlir fərqliliyini onların sahib olduqları təhsil, bilik
səviyyələrindəki çeşitliliklərdən qaynaqlandığını əsas gətirirlər.
1970
ci illərdən, xüsusi ilə də son zamanlarda gəlir bərabərsizlikləri arasındakı uçrum
daha da artmışdır. İqisadi ədəbiyyatlarda “ANGLOSAKSON HADİSƏSİ” kimi adlandırılan
bu hadisələr rəqəmsal olaraq çox şeyi ortaya qoymaqdadır. 1970 ci illərdən
sonra Anglosakson və ABŞ ölkələrində gəlir bərabərsizliyi sürətlə artmağa
başlamışdır. Daha doğrusu ən yüksək gəlirə sahib 10% luq hissənin payı daha da
artmış və bununla bərabər 10% luq qismin üstündə yer alan 1% lik hissənin gəlirlərindəki
sıçrama daha da güclü və uçum yaradacaq qədər böyük olmuşur. Məsələn, 1970 ci illərdə
Anglosakson ölkələrində 1% lik hissənin milli gəlirdən aldığı pay 6 – 7 % ikən, ABŞ da bu da rəqəm hətta
9% olmuşdur. Amma, 40 il sonra, yəni 2010 cu ilə baxdıqda vəziyyətin daha da
acınacaqlı olduğu otaya çıxar. Belə ki, ən üst 1% lik gəlirə sahib şəxslərin gəliri
gəlirləri 2010 cu ildə milli gəlirin ABŞ 20% i, Kanadada və İngiltərədə 15% i,
Avstraliyada 10% i, Almaniyada 9% i olmuşdur. Yani nəticəyə baxdığımızda son
illərdə bərabərsizliklərin daha da artdığı və ən yüksək 1% lik gəlirə sahib şəxslərin
aşıq aşikar sərvətlrinə sərvət qadıqları görülməkdədir.
İqtisadçıların bir qismi bunu insanlar
arasındakı bilgi ya da təhsil fərqliliyində görür. Amma, əslinə baxanda bunun
heç də belə olmadığı ortaya çıxmaqdadır. Yani, ABŞ dakı ən yüksək gəlirli 10% luq
hissənin təhsil vəziyyətinə baxdıqda onların
hamısının hardasa eyni təhsil mərhələlərindən keçdiyi və aralarında o qədər də
təhsil fərqinin olmadığı ortaya çıxır. Amma təbii ki, bu 10% luq hissə arasında
da uçurum böyükdür. Yəni, bu 10% luq hissə içində və ən üstdə yer alan 1% lik
qismin gəlirləri daha böyükdür. Nəticə isə əslində ən azından ABŞ daki gəlir bərabərsizliyinin
təhsil səviyəsindən aslı olmadığını ortaya qoyar. Bu bərabərsizliyin başlıca səbəbi
isə Amerikan toplumunun bəzi şəxsləri ya da üst sıralarda ye almış olan idarəçini
“ Qazanan” elan etməsindən ortaya çıxmaqdadır. Bir sözlə özlrinə aid səciyyəvi
xüsusiyyətləri olan bu şəxslərin bacarıqları diqqətə alınar və seçilmiş kimi
görünən bu şəxslərə həddindən artıq maaşlar təklif edilər. Bu isə şirkətin gəlirlərinin
ya da satışlarının xarici səbəblərdən, yani şirkət daxili olmayan səbəblərdən
dolayı artdığında müşahidə ediləcəkdir. CEO
adlandırılan bu fərdlərin maaşlarının şişirdilmiş şəkildə sürətlə artması günümüzdəki
10% - 90% ayrımının başlıca səbəbidir. Nəticə
olaraq deyə bilərik ki, Amerikadakı gəlir fərqliliklərindən yaranmış uçrumun əsas
səbəbi təhsil səviyyəsindəki qeyribərabərliklərdə axtarılmamalıdır.
Elgün ORUCLU

0 comments:
Yorum Gönder