Bəzi
mallarda, xüsusi ilə də kənd təsərrüfatı məhsullarında, yəni yetişdərləməsi
zaman alan, ya da təklifin tələb dəyişmələrinə elastiqiyyətinin uzun dönəmdə keçərli
olduğu məhsullarda İqtisadiyyatda “ÖRÜMÇƏK TORU” (COBWEB) teoremi deyilən vəziyyət
ortaya çıxmaqdadır. Bu məhsullarda tələbdəki ani dəyişimlərə təklif qısa zaman
dilimində cavab verəbilmədiyindən bir gecikmə ortaya çıxır ki, bu da örümçək
torunu xatırladan bir seyr ortaya çıxarmaqdadır. Yəni, deyək ki, ani olaraq kənd
təsərrüfatı məhsulu olan üzümə tələb yüksəlmişdir (mövsümlə əlaqədar). Nəticədə
kəndçilərin əkdikləri məhsul sayısı məhdud olduğundan onlar keçən ilin tələbinə
yaxın məhsuldarlığı nəzərə aldıqlarından, təklif tələbi qarşılamayacaqdır və
qiymətlər yüksələcəkdir. Qiymətlərin yüksəldiyini görən kəndçilər üzümün daha gəlirli
sahə olduğunu düşünərək gələn il plantasiyalarında üzümə daha geniş yer
ayıracaqlar. Nəticədə isə bu zaman da bolluq yaranacaq və bu dəfə də üzümün
qiyməti enəcəkdir. Bhsetdiyimiz bu iqtisadi hadisə 1938 ci ildə Ezekiel tərəfindən
“COBWEB” teoremi olaraq bir məqalədə yayınlanmıçdır. Ezekielə görə bu aşağıdakı
xüsusiyyətləri daşıyan məhsullarda ortaya çıxacaqdır.
Tam rəqabət şərtləri daxilində,
istehsalın qiymətdən böyük ölçüdə təsirləndiyi məhsullarda.
İstehsal həcminin dəyişdirilməsi üçün gərəkən
zamanın bir il kimi bir zaman dilimi olması.
İstehsal həcminin dövlət müdaxiləsi ya
da monopol güclər tərəfindən müəyyən edilmədiyi məhsullarda.
Ekonomistlər
tərəfindən müəyyən edilmiş bu iqtisadi hadisə eyni zamanda 3 şəkildə ortaya çıxacaqdır. Bu 3 vəziyyət arasındakı başlıca fərq sözüedilən tələb və təklif əyrilərinin
elastikiyyətindən aslıdır. Əgər təklif tələbə nisbətən dəyişkən deyilsə bu
istiqrarlı (azalan dalğalanma), tələb və təklifin elasikiyyəti eyni isə bu təsirsiz,
(davamlı dalğalanma) və təklif tələbə görə daha elastikdirsə, yani dəyişkəndirsə,
istiqrarsız (artan dalğalanma) ortaya çıxacaqdır.
Azalan dalğalanma. Yenə
də örnək olaraq aldığımız məhsul üzüm olsun. Fərz edək ki, hər hansı bir gəlir
artışından dolayı həyat səviyyəsi artmışdır və ələb də yüksələrək sağa doğru
sürüşmüşdür. Əgər təklif miqdarı tələb artışını tez bir zamanda qarşılayabiləcık
gücdə olsaydıdalğalanma olmayacaqdı. Amma, dediyimiz kimi bu tənd təsərrüfatı məhsullarında
heç də real deyildir.
İlk
olaraq qiymətin P1 nöqtəsində olduğunu qəbul edək. Bu qiymət səviyyəsində OQ1 qədər
tələb və OQ2 qədərsə təklif vardır. Yəni, bazarda təklif artıqlığı (OQ2-OQ1 qədər)
vardır və qiymətlər P2 səviyyəsinə düşəcəkdir. Bir sonrakı ildə kəndçilər bu
sahənin qiymətinin enməsindən dolayı daha az əkəcəklər və bu zaman da təklif
miqdarı OQ3 ə enəcəkdir. Amma qiymətlərin düşməsindən dolayı bu məhsula tələb
yüksələcəkdir və bu dəfə də tələb miqdarı artaraq OQ2 olacaqdır. Nəticədə
OQ2-OQ3 qədər tələb artıqlığı ortaya çıxacaq. Tələb artıqlığı bu dəfə də qiymətləri
P3 ə yüksəldəcəkdir və b dəfə də təklif miqdarı OQ4 ə yüksəlirkən, tələb də OQ3
ə enəcəkdir. Sonra bu təklif artıqlığı qiymətləri yenə də aşağı salacaq və fərz
edək ki, bu qiymət son qiymət səviyyəsi olacaqdı. Yəni, bir neçə dönəmdən sonra
nəhaət üzüm qiymətləri P4 də tarazlığa gələcəkdir.
Artan dalğalanma.
Əgər tələb düz xəttinin yatıqlığı təklif düz xəttinin yatıqlığından daha az isə
bu zaman qiymət heç cürə tarazlığa gəlməyəcəkdir və gedərək dalağalanma daha da
artacaqdır. Şəkildəki ilk dönəmdə P1 qiymət səviyyəsinə qarşı, OQ1 qədər tələb
və OQ2 qədər təklif vardır.
Təklifin tələbdən artıq olması qiymətləri aşağı
salacaqdır (P2). Nəticədə təklif miqdarı OQ3 ə düşərkən, tələb isə OQ2 ə yüksələcəkdir.
Tələb artıqlığı bu dəfə isə qiymətləri artıracaqdır və P3 qiymət səviyyəsində tələb
miqdarı OQ3 olarkən, təklif miqdarı da OQ4 ə yüksələcəkdir. Nəticədə bu belə
davam edəcəkdir və qiymətlərin əvvəlki tarazlıq vəziyyətinə qayıtması mümkün
olmayacaqdır. Yəni, şəkildən də göründüyü kimi qiymət səviyyəsi hə dönəm bir az
da tarazlıq səviyyəsindən uzaqlaşmaqdadır.
Davamlı dalğalanma.
Burada tələb və təklifin elastikiyyəti, yəni dəyişimlərə reaksiyaları eyni olacağından dolayı dalğalanmalar bərabər şiddətdə davam edəcəkdir. Şəkildən də
görüləcəyi kimi, P1 qiymətlər səviyyəsində OQ1 qədər tələb və OQ2 qədər təklif
vardır.
Təklif artıqlığı qiymətləri P2 yə salarkən bu dəfə də qarşımıza OQ1 qədər
təklif və OQ2 qədər tələb çıxacaqdır. Daha sonra yenidən qiymətlər P1 ə yüksələcəkdir
və yenə də bazar vəziyyəti bir öncəki tarazlığına geri qayıdacaqdır.
Bu vəziyyət Azrəbaycan kənd təsərrüfatı
bazarı üçün yaşana bilərmi ?
Bildiyimiz
kimi, Azərbaycanda 2015 birinci gənclər arasında yay olimpiya oyunları ilə əlaqədar
olaraq paytaxta bölgələrdən axının qarşısı alınmağa,ya da azaldılmağa
çalışılmışdır. Bu isə nəticədə böyük istehlak tələbə sahib olan paytaxt Bakıya bölgələrdən
kənd təsərrüfatı məhsulları gətirilməsini bir qədər azaltmışdır. Nəticədə bu təklifin
azalmasına və dolayı yollada qiymətlərin yüksəlməsinə səbəb olabiləcəkdir. Yəni,
bütün bunlar “COBWEB” teoremini nəzərə alsaq gələn yay məhsuldarlığın yüksək
olacağını ortaya çıxarmaqdadır. Yəni, qiymətlərin yüksəldiyini görən kəndçi gələn
il daha böyük sahəni kirayələyrək daha çox yay mövsümünə uyğun məhsullara yer
ayıracaqdır. Nəticədə gələn yay bolluq və qiymətlərin aşağı olacağına inanmaq o
qədər də çətin deyil. Bu bolluq xarici bazarlara yönləndiriləcəyi təqdirdə isə “COBWEB”
teoremi işləməyəcəkdir və bundan yalnızca toplumun müəyyən hissəsi yaxşı mənada
faydalanabiləcəkdir. Məncə bu variant heç də qeyri real deyil. Çünki, son
zamanlarada devalüvasiya nəticəsində manatın dəyər itirməsi və bir də qiymətlərin
düşməsi kənd təsərrüfatı məhsullarında xarici ticarəti canlandıra bilər. “COBWEB”
teoreminin işləməz hala gəlməsinin bir digər ehtimalı da bəzi monotol güclərin
paytaxta girəbilməyən kənd təsərrüfatı məhsullarını kəndçilərdən çox ucuz qiymətə
alaraq daha yüksək qiymətdən satması nəticəsində ortaya çıxa bilər. Nəticədə kəndçi
qiymətlərin yüksəldiyini hiss etmətəcəkdir. Hətta monopol güclərin bazarda rəqabət
əksikliyində dolayı kəndçilərə daha az qiymət təklif etməsi onları paytaxtdakı
yüksək qiymətlərə rəğmən gələcək dönəm daha az sahədə məhsul əkməyə vadar edəcəkdir.
Bu isə gələcək ildə qiymətləri daha da yüksəldəcəkdir.
Elgün
ORUCLU



0 comments:
Yorum Gönder