02 Temmuz 2015

Ucuza Alıb Bahaya Satmaq Kimə Daha Çox Yararlıdır.(Möhtəkirlik)

Bilet möhtəkirliyi (ucuza almaq, baha qiymətə satmaq) Kevin Tomas üçün çox yaxşı gedir və o, bu işlə məşğul olmaqdan heç vaxt xəcalət çəkmiyib. Kevin Bronksda məktəbdən qovulduqdan sonra bu işi mənimsəyib və onun hal hazırda 26 yaşı var. O eyni zamanda həftənin yeddi gecəsi New Yorkda teatrların və idman saraylarının qarşısında işləyir və ildə təxminən 40.000 dollar qazanır.  Onun əsas işi isə biletləri ucuz qiymətə alıb, tamaşalara lap az qalmış baha qiymətə satmaqıdır.
         Hər il onu ortalama olaraq 30 dəfə polis bölməsinə aparırlar. O isə bu yoldan çıxış yolunun adını yanlış söyləməklə tapıdığını deyir. Amma, o buna baxmayaraq eyni zamanda cəriməsini də ödəyir. O deyir ki, polislərin onu bölməyə aparması əslində düzgün deyil. Çünki, Tomas düşünür ki, əgər əhali bu qiyməti ödəməyə hazırdırsa onda polisin onu günahlandırması yersizdir.
         Kevin kimi bilet möhtəkirləri və lisenziyalı bilet dəllalları ilə mübarizə New York və New Cresinin hökumət adamları üçün ciddi problemə çevrilib. Hökumət bilet möhtəkirlərini mülkü geyimli polislərlə yaxalayaraq hay-küyə səbəb olan məhkəmə proseslərində mühakimə edirlər.
         Amma iqtisadçılar bilet möhtəkirliyində cənab Tomas ilə həm fikirdirlər. Onlar iddia edirlər ki, dövlət bu mübarizəni sona qədər davam etdirə bilməyəcək və eyni zamanda belə bir mübarizə həm də heç əhalinin də xeyrinə deyil. Bu proseslərin davam etdirilməsi tədbirlərə, tamaşalara gələn insan sayısını azaltmaqla bərabər, polislərin vaxtını hədər yerə alır, New York şəhərinin büdcəsini milyonlarla gəlirdən məhrum edir.

         İqtisadçılar bunu belə bir hadisə ilə açıqlamağa çalışmışlar. Onlara görə Müasir  Sənət Muzeyində tamaşaya gələn insanlar Matis eksponatına baxmaq üçün növbədə dururlar. Bu növbə 2 saata qədər vaxt alır. Amma, bunun asan yolu səkidədir. Yəni səyyar satıcılardır. Bir sözlə möhtəkirlər polisdən yayınaraq 12,5 dollarlıq biletləri 20-35 dollar arası qiymətə satırlar.
         Bəzi adamlar hesab edirlər ki, 10-15 dollar artıq verməklə onlar öz vaxtlarına qənaət edirlər. Yəni bəzi insanalrın 2 saatdakı məhsuldarlığı biletə ödədiyi artıq qiymətdən daha çoxdur. Nəticədə möhtəkir fəakiyyəti nəticəsində həm satıcı həm də alıcı qazanclı çıxmış olur. Kronel Universitetindən olan iqtisadçı Richard Teylor bu fikir “Bəzi adamlar hesab edirlər ki, hamının növbədə durması daha ədalətlidir, amma nəticədə insanlar məhsuldarlıq baxımından qeyri məhsuldardırlar və növbədə durmaq daha az məhsuldar biri üçün daha sərfəlidir. Yəni, bilet möhtəkirliyinin qadağan edilməsinin heç bir iqtisadi əsası yoxdur.
         Tomas isə eyni zamanda bilet möhtəkirliyinin qanunuləşdirilməsinin də tərafdarı deyil. Çünki o bu zama daha güclü rəqabətə məruz qalacağından və ucuza bilet alıb bahaya satanların çoxalacağından dolayı daha az gəlir əldə edəcəyindən, hətta bəlkə də işsiz qalacağından da qorxur.
         İqisadçılar əslində Toması medafiə etməklə iqtisadiyyatda məhşur “Görünməz Əl” nəzəriyyəsini müdafiə etmiş olurlar. Yəni bilet möhtəkirliyi həm alıcıya həm də satıcıya sərf edir. 
          Yəni, nəticə olaraq deyə bilərik ki, bəzən dövlətin kasıb əhalini qorumaq və bir sıra insanların qiymət şişirmələrindən yüksək gəlir əldə etməsinin qarşısını almaq üçün möhtəkirlikliyə qarşı apardığı mübarizə hər zaman iqtisadiyyat adına müsbət nəticə demək deyil. 

Qaynaq. "The New York Times", 26 dekabr 1992. səh A1.

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.