03 Mayıs 2015

Bir Vaxtlar Amerikanın 20% Faizi Kölə İdi.


Köləliyin Amerika qitəsi varlıqları içərsindəki yeri həm tarix həm də iqtisadi tarix baxımından olduqca önəmlidir. Bu yazıda başlıca olaraq köləliyin Amerka qitəsi baxımından daha çox iqtisadi önəmi üzərində durmağa çalışacağam.
         Müstəmləkəçi ölkələr dedikdə ilk olaraq yada İngiltərə və Fransa düşməkdədir. 1800 cü illərdən birinci dünya müharibəsinə qədər bu iki ölkədə demək olara ki, hər zaman UDMM, UDM 10 – 6% arasında artıq olmuşdur. Bunun başlıca səbəbi isə təbii ki, müstəmləkə etdikləri ölkələrdən ölkəyə müsbət gəlir şəklində axan xarici sərməyə gəlirləri olmuşdur. Birinci dünya müharibələrindən sonra  isə bu müstəmləklərin əksəriyyəti əldən çıxmış və o dövrə qədər 5-6 illik milli gəlirə qarşılıq gələn milli sərvət dəyəri 2-3 qata qədər geriləmişdir. Təbii ki bunun başlıca səbəbi birinci dünya səbəbinin iqtisadiyyata vurduğu ağır zərbə idisə, digər səbəbi də müharibədən dolayı müstəmləkə edilən çlkələrin əldən çıxması olmuşdur.

         Amerikada isə vəziyyət bir az fərqli idi. İngiltərə və Fransada sərmayə/milli gəlirin 5-6 arasında dəyişdiyi bir vaxtda bu rəqəm həmin illərdə yəni, 18-19 cu əsrlərdə 3 dən bir az artiq olmuşdur. Digər tərəfdən “yaşli Avropa” da kənd təsərrüfatı əraziləri olduqca qiymətli idi və o təxminən milli gəlirin 4 qatinı təşkil edirdi. Bu rəqəm Amerikada isə 1-1.5 qata qədər idi. Bunun başlıca səbəbi isə Amerika qitəsində fərd başına düşən ərazi böyüklük olaraq çox idi və bundan dolayı qiymətlər də yüksək deyildi. Bu və bir də Amerika qitəsi əhaləsinin burada hələ təzə məskunlaşmasından dolayı ( çünki Atlantiki keçərək Amerika qitəsinə gələn heç kim özü ilə birlikdə mal, mülk gətirməmişdi) heç kim böyük sərvətə sahib deyildi. Bu Amerikanın sərmayə/milli gəlir nisbətini azaldan başlıca iki səbəb idi. Üçüncü səbəb isə köləliklə ya da köləliyin qiyməti ilə bağlıdır.
         Sonradan Amerika dövlət başçısı olacaq olan Thomas Jeffersonun böyük mülkü var idi və onun servəti yalnızca bunda ibarət deyildi. Jeffersonun bir də atasından və qayınatasından qalma ona miras şəklində keçən 600 dən çox köləsi də vardı. 1808 ci ildə dövlət başçısı seçilən Jefferson kölə idxal edilməsinə son qoyulmasını bəyan edən qanun imzalamışdır. Amma bu qanun bir əsirdən az bir müddətdə kölə sayısının 10 qatdan daha artıq artmasıni əngəlləyə bilməmişdir.

         Kölə iqtisadiyyatı 1865 ci ildə kölələiyin ortadan qalxmasına şrait yaradan ölkə daxili münaqişələrin yarandığı vaxt da son sürəti ilə artmağa davam etmişdir. 1800 cü ilə doğru kölələr ABŞ əhalisinin 20% ni təşkil edirdi. Yani, toplam 5 milyon olan əhalinin 1 milyonu kölə zəncilər idi. Cənub əyalətlərdə isə vəziyyət daha da qabarıq idi. Toplam 2.5 milyon olan əhalinin yalnızca 1.5 milyonu ağdərili idi. Bu hardasa 60-70 il boyunca bu nisbətdə davam etmişdir. Məsələn, 1860 ci ildə bu rəqəm 10 milyonun 6 və  milyonu şəklinə paylanmışdı. Amma bununla bərabər bu kölələrin hər birinin öz dəyəri var idi və toplam kölələrin dəyəri toplam kənd təsərrüfatı dəyərinə bərabər idi. Yəni, 18 və 19 cu yüz illiklərdə kölələrin toplam dəyəri 1.5 qat milli gəlirə qarşılıq gəlirdi. 1860 cı illərdə ABŞ da bir kölənin bazar dəyəri azad bir işçinin 10-12 illik maaşına bərabər idi. Yani o dönəmlərdə normal bir kölənin ortalama qiyməti 2000 dollardı və bu rəqəm illik 200 dollar qazanan azad işçinin 10 illik maaşı demək olurdu. Bu məlumatlar yetərli qədər güvənilə bilinəcək tarixi qaynaqlardan (Alice Hanson,Raymond Goldsmith, Robert Fogel) günümüzə qədər gəlib çıxmışdır.

         Son olaraq biz Amerikada sərmayə/milli gəlir nisbətinin əslində niyə avropadan daha az olduğu nəticəsini ortaya qoymuş oluruq. Bir Amerikada sermayeni müəyyən eden zaman hesablamaya kölə dəyərlərini qatmamışdıq. Ele bu səbəbdən idi ki, Ameriaka toplam sərmayəsi milli gəlirin 5-6 qatına qarşılıq gələn Avropa sərmayəsinə 3,5 qatla cavab verirdi. Amma bir bu sərmayə miqdarına kölələri də əlavə etdikdə bu rəqəmin 5 qata yüksəldiyini və nəticədə gənc Amerikada da sərmayənin ən az  Yaşlı Avropa qədər möhkəm olduğunu görürük. Amma onu da demək olar ki, bu gün İngiltərə və Fransa kimi dövlətlərin inkişaf etməsinin əsas səbəbi müstəmləkə gəlirlərindən dolayı 18-19 əsrlərdə parlaq intibah dövrü keçirmələri və bu gün hələ də özlərindən iqtisadi yöndən  az da olsa aslı vəziyyətə saldıqları  az inkişaf etmiş dövlətlərin müsbət təsiridir. 

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.