25 Mayıs 2015

Qiymətlərin Yapışqanlığının Əsas 3 Səbəbi.

Məhsul qiymətlərinin yapışqanlığının,yəni bir sıra iqtisadi deyişiklərin ortaya çıxmasına baxmayaraq uzun müddət sabit qalmasının başlıca 3 səbəbi vardır. Bu stabilləşmə səbəblərin təsinindən aslı olaraq istehlakçıya yaralrı ya da tam əksi şəklində olabilər. Bu qərarların qəbul ediciləri isə günümüzdəki çoxsaylı firmalardır ki, onlar tək başına qiymətlərə təsir edəbiləcək gücdə olmasalar da amma,sonunda onların bənzər ya da tam əks qərarlar qəbul etmələri qiymətlərdə stabilləşmələr yaradacaqdır. Bəzən də bu qərarlar qazancları maksimum etmək adına qəbul edilsədə hər zaman belə olmamaqdadır. Bu qiymət yapışqanlığına səbəb olan başlıca amillər isə koordinasiya (əlaqə) yetərsizliyi, bəyanetmə məsrəfləri,qiymətlərin yenilənmə aralıqlarındakı fərqliliklər şəklində sıralanabilər.
Koordinasiya Əksikliyi. İqtisadiyyatda 2 firmanın varlığını və hər hansı bir qərardan ya da hadisədən dolayı iqtisadiyyatda valyuta təklifinin azaldığını qəbul edək. Nəticədə istehlak tələbində də bir düşüş yaşanmağa başlayacaqdır. Bu vəziyyətdə firmalar bir sualla qarşı qarşıya qalacaqlar. (qiymətləri endirmək lazımdır ?) Bu sual sonrasında firmaların tək tək qəbul etdikləri qərarlar nəticədə məhsul qiymətləri bundan təsirlənəcəkdir. Məsələn. Deyək ki, bu şəkildə bir iqtisadi vəziyyət Azərbaycanda ortaya çıxdı. Valyuta təklifindəki azalma eyni zamanda iqtisadi daralamya səbəb olacaqdır. Təbəb miqdarı da düşdüyünə görə firmaların gəliri də azalacaqdır. Yəni əvvəllər hər gün 100 manat gəlir əldə edən firma tələb azlığından dolayı 80 manat əldə edəcəkdir. Bunun bir çıxış yolu isə qiymətləri azacıq endirməkdir ki, bununla da iqtisadiyyatdakı əvvəlki canlalığı geri qazanmaq olar. Əgər  firmalar bu qərarı əldə etməsə nəticədə durğunluq davam edəcəkdir. Bu isə toplamda həm ticarət həcminin azalmasına, həm də firma gəlirlərinin düşməsinə səbəb olacaqdır. Amma, əgər firmalar arasında yetərincə koordinasiya olsa onlar birlikdə hərəkət edərək qiymətləri ən optimal səviyyədə müəyyənləşdirə bilərlər. Bu olmadığı müddətdə isə bu durğunluqdan çıxmağa çalışan firmalar bunu etməyi çox istəsələr də bir birlərindən, digərinin qəbul edəcəyi qərardan,müəyyənləşdirəcəyi qiymətdən xəbərsiz olduqlarından heç kim ilk olaraq qiymətləri endirmək istəməyəcəkdir. Ən pis tərəfi isə bunu bir firma qəbul etdiyi zamanı durğunluğun hələ də davam etmsi və durğunluğun hələ də yaşanmasından dolayı qiymət endirən firmanın bu dəfə daha az qazanc əldə etməsidir. Bunun səbəsi isə həm qiymətlərin endirilməsi, həm də tələbin hələ də yetərli səviyyədə olmamasıdır. Nəticədə firmaların bu biri birilərindən xəbərsiz (günümüz üçün norlam hadisədir) qərar qəbul etmələri onların gəlirlərini azaldırkən, eyni zamanda da ortaq şəkildə qərar qəbul etmədiklərindən qiymətlər də lazımı səviyyəyə enməz ya da çox gec enər. Yəni iqtisadi vəziyyədən aslı olmayaraq əalində enməli ya da qalxmalı olan qiymətlər yapışqan xüsusiyyət daşıyacaqdır.

Bəyanetmə Məsrəfləri. Qısa zaman dilimində qiymətlərin lazımı səviyyədə müəyyən ediləbilməməsinin bir səbəbi də qiymətlərin dəyişdirilməsi haqqında yetərli məlumatların bəyan edilməsinin məsrəfinin olmasıdır. Məsələm, bir firma qiymətlərini dəyişdirmək istədyində bnun üçün ilk öncə kataloqlarında düzəliş etməli, satış sektoru ilə əlaqəli şəxsləri məlumatlandırmalı, varsa reklam çarxlarını yeniləməlidir. Kataloq, menyu məsrəfləri adlanan bu qiymət müəyyənləşdirilmələrinə bu kimi xərclərindən dolayı gec gec müraciət edilir. Bu isə yenə də məhsul qiymətlərinin, iqtisadiyyatın canlanması üçün gərəkli olan optimal səviyyəni yaxalamasına maneə olur.

Qiymətlərin Yenilənmə Aralıqlarındakı Fərqliliklər. Iqtisadiyyatda bütün firmalar qiymətlərini  eyni zamanda yeniləməzlər. Bu bəzən iqtisadi vəziyyətlərdən dolayı məcburi hal alsa da çox vaxt bu qərarlar arasında zaman fərqlilikləri vardır. Məsələn, yenə iki firmanın olduğunu qəbul edək. Bnlardan biri mövsümlə əlaqəli qiymət dəyişikliklərini uyğun ayların 1 i (A firması) , digəri isə 15 i  (B firması) həyata keçirməyi planlamış olsun. Ani olaraq bir iqtisadi dalğalanmadan dolayı ayın 10 u tələb miqdarının artdığını qəbul edək. Nəticədə “B firma”sı qiymətləri qaldıracaq amma, bu qiymət yüksəlişində firma müşdərilərini itirməmək üçün kiçik bir qiymət artışına gedəcəkdir. Çünki onun rəqibi olan “A firma”sı hələ qiymətləri qaldırmayıb və bu qiymətlər arasında fərqin çox olması müşdərilərin itirilməsi ilə nəticələnə bilər. Ayın biri isə uygun iqtisadi vəziyyətə görə qiymət artışına getmək istəyən “A firması” da bu dəfə “B firma”sının müəyyən etdiyi qiymətlərə baxaraq qərar qəbul edəcəkdir. Nəticədə bizim bu misalımız timsalında hər iki firma, realda isə bütün firmalar daha az qiymət artışına gedəcəklər. Yəni, qiymətlrin firmaların bir birinin qərarından təsirlənərək ortaya çıxan bu az miqdarda artışı Keynesyen iktisadçıların qiymətlərin yapışqan olması düşüncələrini təsdiqləyir. 


Elgün ORUCLU

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.