03 Mart 2015

SİQARETİN QİYMƏTİNİN YÜKSƏLMƏSİ ONDAN İSTİFADƏNİN AZALMASINA NƏCƏ TƏSİR EDƏR. ?


Siqaret – günümüzdə yayılmış şəkildə tütünün kağıza sarılmasıyla hazırlanaraq istifadə edilən bu vərdişin 18 ci yüz ildə Avropaya İspanya yoluyla Amerika Qitəsindən gəldiyi sanılmaktadır. İlk illərdə tütün yarpağına, daha sonra da incə kağıza sarılaraq istifadə edilməyə başlanmışdır. Bu vərdiş öncələr sürətlə yayılmağa, hətta etiyac səviyyəsinə qədər məhşurlaşmağa gəlib çıxmışdır. Belə ki, bu zərərli vərdiş ı ve ıı dünya müharibələrində hətta təməl etiyac kimi əsgərlərə, hərbi qulluqçulara da paylanılmışdır. Uzun sözün qısası siqaret tez bir zamanda həyatımıza girməyə, hətta 20 ci yüz ilin başlanğıclarından böyük fabrikalarla təmsil olunmağı bacarmışdır. Sonradan siqaretin zərəri haqqındakı elmi, tibbi və digər gerçəkçi məlumatlar onun istifadəsini nisbətən azaltsa da, bu gerçəklər ən azından həmin o yuxarıda adını çəkdiyim gerçəklər qədər keçərli deyil məncə. Yani hər şəy göz qabağındadır. 
Azərbaycan əhalsi ən çox siqaret çəkən 200 ə yaxın ölkə sıralamasında ilk 50 lik dədir. Bəs dövlətlərin bunun önünə keçməsi üçün baş vuracaqları yol görəsən həqiqətən bu qedər nəticəsizdir.? Bu gün Azərbaycanda orta qiymətli bir siqaret qutusunda təxminən  6 təməl qida mehsulumuz olan çörək var. Yani, gündə bir qutu siqaret çəkən vətəndaş hər gün ən azından 48 dəqiqəsini və orta böyüklükdə bir ailənin 2 günlük çörək etiyacını da o siqaretlə birlikdə yandırıb kül edir. 
Dövletlerin siqaretdən istifadəni azaltmaq üçün baş vurduqları yol nə qədər doğru və qəbul ediləndir.? 

Bildiyimiz kimi dəfələrlə müşahidə edildiyi üzərə 2015 ci ilin fevral ayının sonlarına doğru yənə də Azərbaycanda siqaretin qiymətində artışlar müşahidə edildi. Yani buradan belə nəticə çıxarmaq olar ki, bizim ölkemizdə də avropanın və digər qrup inkişaf etmiş ölkələrin izlədiyi yola bənzər yol izlənilməkdədir ki, bu inanc ya da qərara əsasən inanılmaqdadır ki, siqaretin qiymətinin yüksəlməsi ondan istifadəni azaldacaqdır. Əlbəttə inkişaf etmiş ölkələrin bu mərhələyə qədərki inkişaf yolları bizim kimi inkişaf etməkdə olan ölkələr qrupuna öncədən müzakirəsiz, çox zaman da təhlilsiz proqnozlar verir. Amma hər şey göz qabağındadır. Məncə bizim ölkədə nə qədər ki, qadınlar da siqaretdən istifadə etməyə başlamayıb, gec olmamış bu yolda inkişaf etmiş ölkələri izlemekden vaz keçilməlidir. Bəzilerimiz bunu mentalitetlə bağlaya bilərik ya da daha kobud desək belkə də dinlə də əlaqələndirənlərimiz olabilər. Ya da bir başqalarımız bunu Türk toplumunda qadının yeri ilə də bağlamış olar. Qısası özümüzü buna inandırmağa çalışarıq. Amma bütün bu fikirlerin qismən də suya düşməsi üçün bir çox yöndən bizə yaxın Türkiyəni göz qabağına gətirmekde yarar vardır. Statistikaya əsasən verilən məlumatlar özümüzü aldatmayaq deyir. Məlumatlara əsasən bu rəqəm 20 % ə yaxındır. Məncə bu yolda daha təsirli və daha özlü qərarlar qəbul edilsə yaxşıdır. 

Mənə görə siqaretdən istifadəni azaltmağın yolu onun qiymətini yüksəltməkdən keçmir. Yani belə bir yol  dövlət adına atılan çox kiçik bir addımdır. Necə və nə üçün.? (bütün fikirlər öz şəxsi düşüncə, öz şəxsi nəticələrimə dayanmaqdadır.)
1) Dövlət siqaretin qiymətini yüksəldir. Dolayı yol ilə yani siqaredən daha çox vergi alınmağa başlanılır. Nəticədə büdcəyə  əvvəlkindən daha artıq ve əlavə gəlir gedir. Əlbəttə bunu o qədər də pis adlandırmaq olmaz. Əgər söhbət büdcədən gedirsə. 
2) Deyək ki, 1.3AZN olan siqaret 2015 fevral ayındakı yeni düzənləmələrlə 1.8 AZN ə yüksəlmişdir.(reallıq). Amma bu gün Azərbaycan siqaret bazarında ucuz qiymətli siqaretlə yüksek qiymətli siqaret arasında az deyilməyəcək qədər böyük qiymət fərqi var. Ən azından iki qat. Neticədə uzun zamandı eyni siqareti istifade edən biri qiymətin 0.50 AZN yüksəldiyini görüncə bu dəfə daha ucuz siqaretə üz tutacaqdır ki, bu da daha keyfiyyətsiz tütün anlamına gələcəkdir. Yani qiymetin yüksəlməsi daha  zərərli oldu.
3) 2010- 2011 ilində siqaretin qiymətinin yüksəlməsindən sonra bazara 0.50 AZN (Wi....y) dəyərində xeyli ucuz yeni bir tütün məhsulunun girməsi müşahidə edilmişdi.  Əgər siqaretin qiymətinin yüksəldilməsi ondan istifadəni azaltmağa istiqamətlənmişsə onda nə üçün bazara alıcı qabiliyyəti və potansiyalı yüksək yeni bir siqaretin daxil olmasına şərait yaradılır. Yani ucuz siqaretin.
4) Bu gün bir neçə il əvvəl 0.50 AZN (Wi....y) dəyərində Azərbaycan siqaret bazarına daxil olan həmin tütün məhsulu 1 AZN a yaxın dəyərdə satılır. Bu qiymət də bizim ölkə üçün normal gəlirli bir vətandaşa uyğun bir qiymətdir məncə. Yani 4-5 il bundan əvvəl daha zərərli olduğu üçün o qədər də tələb edilməyən həmin o siqaret bu gün dövlətin aldığı bu qərar sonrasında daha çox tələb edilir. Digərlərinə nisbətən. Nəticədə bu gün ilk siqaretini alan bir gənc adı keçən həmin o tütün məhsulunun vaxtı ilə hansı dəyərdə və keyfiyyətdə olduğunu bilməyəcək. Yani o öz sağlamlığına daha da ziyan vuracaqdır. Bu qərarlar belə davam etsə gelecək nəsil ozündən əvvəlkilərdən daha çox odəyərək sağlamliğina daha çox ziyan vuracaqdir. Yəni 2 bənddəki vəziyyət mövcud siqaret tiryakilərinə daha çox ziyan vururdusa, 4 cü bənddə həm də potansiyal siqaret tiryakilerinə dəyəcək ziyandan bəhs edilir.



Bəs nə üçün.? 
Əgər dövlət siqaretdən istifadənin qarşısını almaq istəyirsə onda nə üçün, hələ də küçələrdə siqaret dənələri tək tək satılır, aksiz markasız siqaretlər var (E..e), hələ də 18 yaşından kiçiklər dükanlardan, marketlərdən siqaret alabilir, bəs nə üçün dövlət ölkəyə yeni girəcək tütün məhsullarına qiymət yönündən alt limit müəyyənləşdirmir və əgər avropa və inkişaf etmiş ölkələr siqaretdən istifadəni azaltmağa həqiqətən maraqlıdırsa onda müxtəlif yerlərdə satılan ucuz tütün, ev şeraitində siqaret hazırlayan aparatlar hansı anlama gəlir .....
Burada bəhs etdiklərim tamamı ilə öz düşüncələrimə dayanmaqdadır. Amma yəqin ki sizin də mənim bu fikirlərimlə razılaşacağınız ən azından bir fikir oldu. Yararlı olmasını diləyirəm...


Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.