14 Mart 2015

Ölkələr Arasında Gəlir, Yoxsa İstehsal Qeyri Bərabərdir.


Dünya ölkələri arasında ortaya çıxabiləcək fərqliliklər saydıqca bitməyəcək qədər böyükdür. Bu böyüklük həm rəqəmsal olaraq, həm də çeşitlilik baxımından həddi aşacaq qədər fərqlidir. Amma tesüflər olsun ki, kapitalizmdə sərvətin həddi də yoxdur. Bu sistemdə sərvət də xəyal kimi bir şeydir. Xəyalının genişlədiyi yerə qədər, sərvətini də genişlədə bilərsən. Ya da tam tersi. Düzdü, bu sistem üçün bacarıq bəlkə də ən önəmli şeydi və elə uğurun açarı da odur. Amma keçən əsrin müstəmləkələri bu gün Afrikada uşaqlara ne xeyal qurdurur ne de onların valideyinlərinə gündə 1 dollardan artıq pul qazandırır. Bu gün Afrikada və qismən də Cənubi Amerika ölkələrində uşaqlar heç xeyal da qurmağı bacarmır. Yani statistikaya əsasən bu gün dünyanın 1.4 milyard nəfəri gündə 1.25 dollardan daha az məvacib üçün bir gününü serf edir. Bu məbləğ Avropa üçün ictimai nəqliyyatlarda bir gediş haqqına bərabər dəyərdir və bu nəqliyyat John u ən sevdiyi “luna parka” ya da başqa bir əyləncə məkanına çatdıracaq. O burada bayaqkı pulun bir neçə qatını da verərək sevdiyi gizgi film qəhrəmanlarının oyuncaqları ilə vaxt keçirəcək. Afrikadakı hələ 6 yaşını yenicə tamamlamış Kara isə hələ neçə il evdən 1.25 dollar üçün çıxacaq. Afrikada 20% e yaxın uşaq özünün 5 ci doğum gününü görəbilmir. Kara da buna görə elə hesab edir ki, o şanslıdır. Onun bütün xəyalı da ele bundan ibarətdir. O da hər gün, hətta şənbə, bazar demədən qatardan istifadə edir. Amma bu onun gedən və bir daha geriyə dönüşü olmayan həyat qatarıdır. Kara, verdiyi 14 saatdan artıq bir vaxtı üçün 1.25 dollar alır. Həmin o 1.25 dollar əksər Afriklı vətəndaş kimi Karaya verdiyi bir günü üçün qaytarılan, müstəmləkənin qəddar üzünün qaçınılmaz taleyidir. Əslində o məvacib 14 saatın yox, geridə qalan 8 saat yuxunun qarşılığı idi. Çünki kara 14 saat işləməyə məhkum idi. Bu müstəmləkənin qoyduğu qanundur. O pul karaya geridə qalan 8 saatını daha rahat yatsın, xəyal qurmadan daha rahat yatsın deyə verilir. Bu dollar həm də John un verdiyi dollardır. Fransız john Karaya etdiyi fədəkarlığın əvəzində bunu verir. Çünki hətta azyaşlı John da bilir ki, Kara olmasa bu qatar getməz. Ya da ən azından belə rahat getməz, gizgi film qəhrəmanları da olmaz bəlkə də. Yani Kara öz xəyallarını 1.25 dollar qarşılığında John a satır. İndi Karanın xeyal dünyası da John un kilərlə birlikdə o Fransız uşağındadır. Bunu John da yaxşı bilir və amma “əslində” heç kim bilmir.

            Dünya Bankı statistikası və digər əlaqəli qurumların məlumatları dünya ölkələrinin o qədər də qeyri bərabər olmadığını deyir. Yani dünyanı ölkələr olaraq ələ alanda belə görünür. En azından Thomas Piketty və mən belə düşünmürəm.
            Dünya statistik qurum melumat və tabloları ölkələr bazında dəyərləmə həyata keçirdikdə fərd başına gəlirlə, fərd başına istehsalın əslində o qədər də fərqli olmadığını ortaya qoyur. Amma bu belə deyil. Yani dünyadakı gelir paylaşımı əslində istehsal paylaşımından daha ədalətsizdir və fərd başına gəlirin ən yüksək olduğu ölkələr, daha az inkişaf etmiş ölkələrin sərmayələrinin böyük hissəsinə sahibdirlər. Dolaysı ilə fərd başına gəliri yüksək ölkələr eyni zamanda kasıb ölkələrdən axıb gələn əlavə sərmaye də əldə edirlər. Bir sözlə varlı ölkələr iki tərəfli qazanclıdır. Necə...

            Dünyanı materiklər, qitələr ya da ölkələr olaraq dəyərləndirdikdə ortaya heç də pis tablo çıxmaz. Yani ilk baxışda Asiyanın bir hissəsində, Afrikada, Cənubi Amerikada fərd başına gəlirlər fərd başına istehsal yönündən dəyərləndirməyə anındıqda Avropadakından o qədər də ədalətsiz görünmür. Amma gözdən qaçan, nəzərə alınmayan kasıb ölkələrdəki istehsalın böyük qisminin güclü dövlətlərin sərməyəsi ilə qurulması və əldə edilən gəlirin də sonunda elə o ölkələrə axmasıdır. Bu vəziyyət kasıb ölkələrdəki fərd başına gəliri azaldırkən, Almaniya, Fransa, Amerika kimi dövlətlərdə gəlirləri daha da artırır. Yani əslində dünyada ölkələr arasında gəlir bölüşümü, istehsal bölüşümündən daha ədalətsizdir. Əgər bu gün Əl Cəzairidə istehsal həcminə görə fərd başına gəlirlərə baxsaq ortaya heç də pis nəticə çıxmayacaq. Yəni nəticə ən azından reallıqdan yaxşı olacaqdır. Amma əslində bu gün Əl Cəzairidə istehsalın böyük bir qismi fransız sərmayesi hesabına reallaşır və normal olaraq da əldə edilən qazanc da Fransaya axır.

            Bu ədalətsiz gəlir bölüşümü bu gün deyil, illərdir davam edir. Məsələn, Avropalı dövlətlərin 1913 ilində Asya və Afrikadakı yerli sərmayənin 30% ə, sənayə sərmayəsinin isə 70% artıq bir hissəsinə sahib olduğu açıqdır. 


Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.