07 Mayıs 2015

David Harvey 14 cü Təzad. "Azadlıq və Hakimiyyət"

17 Təzad və Kapitalizmin Sonu Kitabından


David Harvey – “indiyə qədər oxuduğum hər ölkə başçısı açılış konferansında ən çox eşitdiyim kəlimə azad ABŞ və azad dünya sözlərindən ibarətdir”- deyir. Eyni zamanda insan haqları azadlığına edilən təhdidə qarşı heç bir fədakarlıqdan çəkinilməməsini vurğulasalar da, amma bununla bərabər gücləri tam səfərbər etmədikləri açıq aşikar ortadadır. Məsələn, ABŞ nın İraqın üzərinə uydurma bir müharibə ilə yeriməsi insan haqlarına azadlıq simvolu ilə pərdələnmiş başqa bir haqsızlıq idi. Amma, guya məqsəd İraqa azadlıq gətirmək idi. Eyni zamanda bütün dünyaya da bu şəkildə azadlıq rəmzi yayılmışdır. Halbu ki, keçmiş prezident Ceorge Bush insan haqları azadlığını gələcəyimizin əsas yol göstəricisi şəklində dəyərləndirirdi.  
Təəsüflər olsun ki, ABŞ adına bu azalığı qorumaq üçün dünyanın tək imperator və neo-müstəmləkə gücü istifadə edilmişdir. Bu yolda hətta ABŞ maraqlarına uyğun davranmaq üçün zorakılığa da baş vurulmuşdur. Amma, biz indi “azadlıq” dediyimiz kəlimə altında dövlətin hegemon olduğu və istədiyi adamın bütün məlumatlarını əldə etdiyi, hətta bank hesabına belə girəbildiyi dünyada yaşıyırıq. Digər tərəfdən günümüzdəki mövcud işçi haqları, işləyən uşaq haqları və digər bunun kimi haqlar kapitalizmin en başlarından bügünə qədər bu günkü “azadlıq” rəmzini yaymaq üçün mübarizə aparmışdır. İndi zalım idarəçiliyə qarşı etiraz edənlər ancaq  küçələrdə kök salmış ağaclara bənzəyir. Nə vaxt ki insanlar küçələrə çıxaraq haqlarını tələb edir, yalnız o vaxt iktidar müsadirə edilmiş azadlığın bir parçasını geri verərək öz adına simvolik bəzi şeylər eləmiş olur.
Çox təəssüf ki, bu gün imkanlı zümrə öz azadlığını qazanmaq üçün bir başqasının azadlığını müsadirə edir.  Tanınmiş iqtisadçı Amartya Senin de dediyi kimi desək əslində insanların inkişaf həddini müəyyən edəcək ölçü sistemi olaraq milli gəlirin seçilməsi önəmli deyil. Yəni, milli gəlir ya da gəlir sadəcə insanların nələri satın aldıqlarının göstəricisini ortaya qoyar. Amma, önəmli olan insanların nələri istehlak etdikləri deyil, önəmli olan insanların əldə etdikləri məvaciblə nələrindən keçdikləri və əvəzində ən yaxşı halda nələri edəbiləcəkləridir. Qısası vacib olan istəklərin  son hüduduna nə qədər uzaq ya da yaxın olunduğudur.


          Bütün bu fikirlərində Amartye Senə qatılan David Harvey “17 Təzad və Kapitalizmin Sonu” adlı kitabında insan haqları azadlığı ilə əlaqəli yuxarıda bəhs olunanlarla bərabər bir sıra fərqli fikirləri də ələ almışdır. Mən bu yazımda David Harveyin adı keçən kitabının 14 cü təzadı olan “Azadlıq və Hakimiyyət” başlığından bəhs etməyə çalışdım. Bu başlığın ümumi nəticəsi isə Harveyin öz dediyi kimi desək aşağıdakı bir neçə cümlə şəklində ifadə ediləbilər. “Bu gün insanlar heç özləri də bilmədən tam fərqli bir azadlıq üçün mübarizə aparır. Sərmayənin sərhəd tanımadığı günümüz kapitalizmində insanlar da öz azadlıqları üçün, bir biriləri ilə acımasız mübarizə aparırlar. Amma təəssüflər olsun ki, bu onların yəni əslində bizim heç birimizin istədiyi azadlıq şəkli deyil. Çünki bu gün biz ən az səkkiz saat azadlığımızı bir qədər maaş qarşılığında satırıq. Sonra o maaşın bir qismini də qənaət edərək toplayırıq ki, bununla da istirahət edəcəyəm, ya da buna bənzər bir şey... Amma ortya çıxan təzad budur ki, biz ilk öncə öz azadlığımzı pul qarşılığında satırıq, sonra da bir neçə aya topladığımız qənaətlərimizi verərək azadlığımızı geri qazanmaq istəyirik. Amma biz bu dəfə həm əvvəlki azadlığımızı geri qaytarabilmir, həm də öz azadlığımızı qazanmağa çalışarkən bir başqasının azadlığını, boş zamanını müsadirə etmiş oluruq. Məsələn , biri öz təhlükəsizliyi adına özünə şəxsi cangüdən ya da qarovulçu tutduğu zamanı əvəzində bir başqasının boş zamanını pulla əlindən alacaqdır “.

Bu Da Məndən...

Bəs biz durduğumuz yerdə öz azadlığımızı necə itiririk ki. Çox sadə bir yolla. “ kapitalizmin min bir oyununa uyaraq. Biz bütün məlumatlarımızı sosial şəbəkələrdə yayırıq, sonra da deyirik ki, hanı mənim azadlığım. Sən arıq onun əlindəsən, o artıq sənin kim olduğunu və nəyi sevdiyini də yaxşı bilir. Yeri gələndə o bizi bizim istəklərimizlə ələ alır, yeri gələndə də o bizim zövqlərimizi bizim alternatif zövqlərimizlə də dəyişdirir. Bəzən də o bizi bir neçə il, müasir düşüncə adı altında toplum, kütlə və ən sonunda da sürü şəklində anti-mentalitet zövqlərə səbirlə hazırlayır”. 

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.