Bu
yazıma şəxsi düşüncəmdən
stat alaraq başlamaq qərarına gəldim. Bu gün dünyada insanlar həqiqətən də
yaşamaq üçün biri biriləri ilə soyuq müharibədədirlər. Əksəriyyət nə etsəm də
qabağa düşsəm idealogiyasına dayanaraq hərəkət edir. amma halbuki biz dünyaya
yaşamaq üçün gəlmişdik. Yaşamaq üçün lazım olan şərt də dünya yaranandan dəyişməyib
məncə. Yox amma, kapitalizm daha yaxşı yaşamaq deye deye yaşamağın səbəbini əsas
yaşamaq üçün gərəkli olan şeylərə deyil yavaş-yavaş toplumu nələrdənsə aslı salacaq şeylərə yönləndirməyə
doğru inamla addımlayır. Mənim fikrimcə bu sistemdə ən çox acı çəkərək yaşayan
orta gəlir qruplarıdır. Çünki onlar öz istəklərinə daha çox göz yumur. Yani məsələ
belədir, imkanlı şəxs təbii ki, istədiyini alır,geyinir,yeyir,dağıdır və axırda
da pulunu verərək çıxıb ya da yıxıb gedir. Qısacası o etiyaclarını
qarşılayabilir və buna görə də xoşbəxtdir. Bəs kasıb necə...O bəlkə də daha da
xoşbəxtdir. Çünki dünya onun vecinə deyil. Birjanın çökməsi, qızılın qiymətinin
düşməsi, əkiz ticarət binasına təyyarənin çırpılması, olimpiya oyunlarının
Bakıda keçirilməsi v.s bunların heç birinin ona dəxli yoxdu. Çünki o taleyi ilə
çoxdan barışıb və o sağa sola xərcləyəcək artıq pula sahib deyil və buna görə də
hər hansısa bir böyük firmanin iflas etməsi onu maraqlandırmaz. O bütün gəlirini
gündəlik etiyacına xərcləyir və o yaxşı bilir ki,nə bu xərci azaltmaq nə də
artırmaq olmayacaq. Buna görə də boş yerə xam xəyallara qapılmayan kasıb vtrində
gördüyü son model mobil telefona heç meylini də salmayacaq və gecə gündüz onun
dərdini də çəkməyəcək. Amma, orta gəlir qrupları üçün vəziyyət çox qarışıqdır. O
gündəlik etiyaclarını qarşılayan və bir az da artıq qalacaq gəlir əldə edər. Amma
elə o artıq qalan qənaət (yığım) ona min bir xəyallar qurdurur. Dərd çəkdirir. Qalır
tərəddüddə. Alım yoxsa almayım (kasım heç bu haqda düşünməməşdi də, varlı isə qərarını
çoxdan vermişdi). O vitrindəki telefon gecələr də yuxusuna girir. Elə buna görə
də orta gəlir qrupları hər hansı bir xalqın əsəs sifətini,mədəniyyətini əks
etdirən, ən fəal və dövlətdəki dəyişikliklərə ən tez və en çox münasibət göstərən
qruplardır. Çünki ən çox zərər görən də orta gəlir qruplarıdır.
Mən
bu dediklərimi Klassik İqtisadçıların yığım(qənaət) paradoksu ilə əlaqəəndirmək
istəyirəm. Bu paradoksda fərdlərin qənaət etmələrindən, ya da daha çox qənaət
edərək gələcəkdə daha yaxşı yaşamaq istəklərinin təzadlı nəticəsindən bəhs
edilir. Yuxarıda saydığımız xüsusiyyətlər, yani istehlakını azaldaraq bacardıqca
çox qənaət etmə istəyi daha çox orta gəlir
qruplarına məxsusdur. Bu paradoksa görə insanlar qənaətlərini artıraraq gəlirlərinin
bir az da böyük qismini gələcək planlar üçün yığdıqda (gecə yuxusuna girən
telefon üçün) iqtisadiyyatda toplam istehlak miqdarı düşər, nəticədə tələb də
azalar ki, bu da istehsal və gəlir səviyyəsini bir az da aşağı çəkər. Qrafiklə
izzah isə aşağıdaki kimidir.
Buradan göründüyü kimi fərd qənaətini artıramaq qərarına
gəlir və nəticədə qənaət düzxətti(S) yuxarı, yani (S”) ə doğru sürüşər. Amma nəticədə
toplam qənaət miqdarı azalmazkən əvəzində həm investisiya (I) həm də gəlir səviyyəsi
(G) miqdarı düşər. Əvvəlki vəziyyətdə iqtisadiyyat “E “ də tarazlıqdaykən, daha
sonra bu tarazlıq daha az gəlir və investisiya (rəfah) tarazlığında “E1” də yer
alar. Yani qısacası, daha çox qənaət etmək orta gəlir qrupları üçün heç də
yararlı olmayacaq. Bu paradoks əslində bütün iqtisadi qruplara şamil edilmiş
olsa da mən bu parakoksun nəticəsinin daha çox orta gəlirlilərə təsir edəcəyini
mövzumuzla əlaqələndirərək açıqlamağa çalışdım.
Elgün ORUCLU

0 comments:
Yorum Gönder