07 Nisan 2015

Dünya Əhalisi HansıYollarla Azalır ?

Thomas Maltus ( 1766 - 1834 ) iqtisad tarixində pessimist iqtisadçı olaraq tanınır. Heç də pis keçinməyən ailədə dünyaya gələn Maltus demək olar ki, yaşamı boyunca yoxluq görməmişdi ve o bundan çox qorxurdu.
İqtisad tarixinə 'maltusçuluq' deyə keçmiş teoriye əsasən bizi gələcəkdə əhalinin təbii artımından dolayı qaçılmaz qıtlıq, yoxsulluq və bunların səbəb olacağı xəstəliklər gözləyir. 18 ve 19 cu əsirlərdə yaşamış Maltus əhalnin təbii artımının fələkətli nəticələrə səbəb olcağını açıq açkar dilə gətirərək bunun qarşısının demokratək olmayan yollarla alınmasının tərafdarı olmuşdur. Eyni zamanda o yaşadığı dönəmdə İngiltərədə qəbul olunan 'kasıbları qoruma qanununa'  da qarşı çıxmışdır. Maltus əhalinin dünyada həndəsi ortalama ilə, qida və ərzaq məhsuldarlığının isə ədədi ortalama ilə artdığını bildirərək, ortaya qoyduğu həll yolları ilə çox qınanmışdır. O hətta 2015 - 2020 illəri aralığında qida çatışmazlığının insanlar arasında münaqişələrə və nəticədə çox sayda insanın həlak olacağına səbəb olacağını da bildirməkdən çəkinməmişdir. Maltus işçilərə yüksək maaş ödənməsinin də əlehinə çıxmış və bunun təbii artımın qarşısını almaq üçün vacib olduğunu demişdir. O bu vəzyətdən çıxış yolu, yani təbii artımın qarşısının alınmasının çıxış yolu kimi xəstələrin müalicə edilməməsində, maaşların minimum səviyyədə saxlanılmasında, kasıbların dövlət tərəfindən müdafiə edilməməsində görürdü. Bütün bu comərtcə davranışına rəğmən maltusçuluq həm dövrünün həm də günümüzün iqtisadçıları tərəfindən qınanmışdır.

1700 - 2012 illəri arasında müşahidə edilən demografik artım ritmi ilk çağlardan bəri reallaşmış olsaydı, dünya əhalisinin sayı 0 - 1700 cü illər arasında 100.000 qatına çıxmış olardı. 1700 cü ildə dünya əhalisinin 600 milyon olduğu güman edilir. Amma demografik böyümə 1700 cü illərdən sonra ciddi ölçüdə artmışdır. Məsələn, 1780 ci illərdə heç 3 milyonu tamamlamayan ABŞ toplam əhalisi, 1910 cu illərdə 100 milyon, 2010 cu illərdə isə 300 milyona çatmışdır. Yani demografik böyümənin artış tempi 200 ildə 100 qatı ifadə etmişdir. Bu illər ərzində ölkələrdə ortalama 0.8% lik bir demogafik böyümə yaşamışdır. Amma son zamanlar qəbul edilən qərarlarla bu artışlar hardasa nəzarət alına alına bilmiş, bəzi ölkələr isə əhalinin mənfi atımını, yani azalışını əldə etmişdir. Məsələn Çinin 1970 ci ildə qəbul etdiyi qərar əhalinin təbii artımını xeyli azaltmışdır. Statistikaya əsasən bu qərar qəbul edilən zaman Çinin əhalisi Hindistanın əhalisindən 50 % artıq idi. Amma bu gün Hindistanın əhalisi Çinin əhalisinə çatmaqdadır və hətta 2020 ci ildə keçəcəyi güman edilməkdədir. Digər tərəfdən də əksər dünya ölkələri, Almaniya, Lüksenburg, Polşa, Rusya mənfi artımdadır. Əksər Avropa ölkələrində isə 2000 ci illərin əvvəlindən qadın başına düşən uşaq sayısı 1.5 in altına qədər enmişdir. Digər tərəfdən  son illərdə gənc nəsilin toplam dünya əhalisi içində faizle tutduğu pay da xeyli azalaraq, 1945 ci il  səviyyesindən də aşağı enmişdir. Belə ki, bu göstərci 1945 ci ildə 18,4 %, 2000 ildə 20.4 %, 2011 ci ildə ise 16.8 % olmuşdur.Əgər dünya əhalisinin artımı 1700 - 2012 illəri arasındakı artım tenpi ilə çoxalmağa davam etsə 300 il sonra, yani 2300 cü ildə dünya əhalisi 70 milyarda çatacaqdır ki, bu da bugünkü əhalinin 10 qatına bərabərdir. Dünya əhalisinin artım rəqəmlərinə son illərin və gələcəyə dair proqnozlaşdırılan ( 0.1% - 0.2% ) göstəricilər, yani maltusçuluq yönündən baxsaq xeyli ürək açan olduğunu görərik, amma bir başqa tərəfdən ortaya bir sıra suallar ve narahat edici nəticələr çıxır.

Bəs görəsən bu nəticələr hansı yollarla əldə edilir və ediləcəkdir. ?                                                  

Orta cinslər ya da eyni cinslilər nə üçün dünyada belə sürətlə artır ? ! 

Dünyanın bölgələri arasında gəlir fərqlilikləri nə üçün bu qədər böyükdür ? !

Afrikada insanlar nə üçün acından ölür ya da nəyə göre 20% yaxın uşaq özünün 5 ci ad gününü görəbilmir ? !  

Kütləvi insan ölümünə səbəb olan xəstəliklər periyodik olaraq bir neçə ildən bir nə üçün ortaya çıxır ? ! 

Fərqli fərqli cəryanların, təriqətlərin, qruplaşmaların kütləvi qətlyamlarının qaşısı nə üçün alına bilmir ? !

Dünyada nə üçün müharibələr hələ də var ? !

Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.