İqtisadiyyat
əlimizdə olan qıt qaynaqlardan maksimum və israfa yol vermədən insanların ya da
bəzən insanları xoşbəxt edəcək (ev heyvanını bəsləmə qidaları, avtomobilimizin xarici görünüşünü
bəzəyəcək əlavə aksesuarlar ya da ev əşyaları v.s. ) varlıqların etiyacını ən doğru
şəkildə qarşılamağa yönəlmiş məqsədli fəaliyyətlər bütünüdür. Yəni
, iqtisadi sistem olaraq kapitalizmin dərdi qədər də dərmanı vardır. Məsələn, 1950 ci il kapitalist insanı üçün etiyacların böyük əksəriyyəti təməl etiyaclar (günlük qida, bir neçə dəst paltar) və bir qismi də lüks etiyaclardan (xüsusi ilə də özəl günlərə aid bəzək əşyaları)
, iqtisadi sistem olaraq kapitalizmin dərdi qədər də dərmanı vardır. Məsələn, 1950 ci il kapitalist insanı üçün etiyacların böyük əksəriyyəti təməl etiyaclar (günlük qida, bir neçə dəst paltar) və bir qismi də lüks etiyaclardan (xüsusi ilə də özəl günlərə aid bəzək əşyaları)
ibarət idisə, 1970 ci ildə təməl etiyaclar dad, görünüş baxımından bəzi dəyişikliklər yaşasa da dəyişməz olaraq qaldı. Qısacası bu dəyişə də bilməzdi. Çünki, min illiklərin insanı birdən birə qalxıb çörək əvəzinə ağac yarpağına meyl salacaq deyildi. Amma, ailələrin aylıq alış veriş səbətində (istehlakçı səbəti) artıq çeşitlilik baxımından üfiqi olaraq yayılma bir xeyli artmışdı. Modabazlıq, musiqi eşqi, aristokrak yaşama həvəsi və başqa. 1980-1990 cı illər. Artıq həyatlarımızı hind və amreikan filimləri şəkilləndirirdi. Kino studiolar evimizə qədər gəlmiş və televizoru olmayan gecə onun xəyalı ilə yatır səhər onun həvəsi ilə də yuxudan oyanırdı. Təməl etiyaclar dəyişməsə də, pulu xərcləməyə çox yer var idi. Elə indiki kimi. 2000 ci illər və günümüzə qədərki dönəm isə heç sübhəsiz ki, kompyuter, modern avtomobillər, internet, dəbdəbəli geyimlər, maya dəyərinin 5 mislində təməl etiyaclarımızı qarşılayan restoranlar və mobil telefonlardır. Əgər mən öz yaşımdan 40 il əvvəli sitat gətirə bilirəmsə onda bunları əlbəttə hər birimiz bilirik və əlbəttə ondan daha artığı da hər zaman ovcunuzun içindəki o şeydədir.
Bəs biz nəyi bilmirik.?..İllərdir cavabı insanları düşündüşündürən
toyuq, yoxsa yumurta ilk yaranıb sualının cavabını axtaranlara bir iqtisadçı
yazar olaraq birini də mən verəcəyəm. Tələb təklifi yaradır, yoxsa təklif
tələbi.?
Bəs dərmanı dərdindən daha öncə tapılan xəstəlik var.?
Dünyanın məhşur xizək sürmə
mərkəzlərindən olar Türkiyənin Ərzurum bölgəsindəki Palantökən dağında insanlar
təbii şəraitlə əlaqədar yalnızca ilin 90 günü və gündə 7 saat xizək sürə
bilirdilər. Amma, 2015 ci ildə bir sıra turizm və otel idarəçiliyi birlikdə
əməkdaşlıq edərək bu zamanı 120 gün və gündə 12 saata qədər yüksəldə bildi.
Onlar bunu gecə aydınlatma sistemi və normal temperatoru “0” da “-5” ə
endirərək su vasitəsi ilə süni qar ayğdırmaqla etmiş oldular.
Nəticədə vaxt məhdudiyyətindən dolayı bu xidmətdən yararlana
bilməyən insanların bir qismi də bu imkanı qazanmış oldu. Bu isə daha çox
xizəyə və isti geyimə etiyac duyulması və bəlkə də o zamana qədər heç etiyac
duyulmayan yeni məhsulların istehlakı anlamına gəlirdi. Amma, kapitalizmin
etiyacları bitmədiyi kimi ehtiyatları da tükənməzdir. Çünki, əvvəlcədən
düşünüldüyü kimi, ehtiyatda yetərincə isti geyim, xizək və bir sıra digər
şeylər var idi.
Bəs görəsən ebola yoxsa onun dərmanı, instagram yoxsa ön kameralı
mobil telefonlar, yüksək siqaret vergiləri yoxsa qaçaq siqaret satışına göz
yuman yüksək rüşvət, tükənən neft ehtiyatları ilə işləyən avtomobillər yoxsa
elektrikli avtomobillər, selfi (özçəkim) yoxsa selfi çubuğu ilk yaranıb.?
Əlbəttə hər hansı bir məhsulu satın
almaqla, yəni onu reklam edərək ya da hər hansı bir yolla beyinlərə yeridərək
ona tələb yaratmaqla, heç mövcud olmayan bir tələbi yaratmaq arasında böyük
fərqlər var və bu çox hallarda “kapitalizm”in ədalətli rəqabət dediyi
anlayışına heç uyğun gəlmir. Bu bəzən iqtisadiyyat və insanlıq tarixinə haqsızlıqlar
bahasına da həyata keçirilə bilindiyini unutmamalıyıq. Eyni ilə keçmiş Amerika
prezidenti Corc Bushun öz ailə üzvlərinə mənsub olan “KBR” neft istehsalçısı
şirkətlərini əsas gücə çevirməsi üçün ən böyük rəqibləri olan İraq üzərinə
hücum etməsi kimi.
Bəs yeni tələbin yaradılması bizim kimi iqtisadiyyatı olan
ölkələrə necə təsir edəcəkdir. ?
Yeni və bizim cəmiyyətimizin
məhsulu olmayan, bir sözlə süni etiyac sonrasında yaradılmış tələb ilk öncədə
toplumun xarakterik xüsusiyyətini dəyişəcək və bizi öz istehlakımızda onlara
bənzədəcəkdir. Onlar dediyim təbii ki, ya Avropa ya da ABŞ dır. Əlbətdə onlar
kimi olmaq pis deyil, amma, unutmamalıyıq ki, biz onların süni etiyac sonrası
yaratdıqları istəkləri onlardan sorğu sualsız qəbul edir və növbəti yeniliyi böyük
maraqla gözləyirik. Bir sözlə onlar yeni potansiyal bazar üçün düşünüb icadlar
edərkən, biz yalnızca həmin o icadların üzərində ən çox 10 dəqiqə düşünürük, bu
da o mobil telefonu satın alarkən hansı rəngini alacağımız müddət verdiyimiz
qərar zamanı keçən vaxtdan başqa bir şey deyil.
Ikinci bir amil biz hazır pulumuzu verib almağa alışıq
vəziyyətə gəlirik. Bir nöqtədən sonra artıq istəsək də o icadları etmək üçün
gecikmiş olacağıq.
Üçüncü bir vəziyyət isə bizim buna
hələ hazır olmamağımızdır. Biz kiçik və inkişaf etməkdə olan bir ölkəyik.
Onlarsa inkişaf ediblər və bu icadlar onların günlük süni olaraq yaradılmış
tələbinə daha yaxındır. Onların internetdə öz dillərində yetərincə dərs yaxud
da elmi məqalələri var, onların “online” fəaliyyət göstərən hər cür xidmətləri
var, onların inkişaf etmiş naviqasiya sistemləri var və onların yüksək maaşı və
boş vaxtlarını səmərəli keçirəcəkləri zamanları var. Onda belə çıxır ki, biz bu
mobil telefonlara bir neçə aylıq maaşımızı yalnızca mahnıya qulaq asmaq və
şəkil çəkmək üçün veririk. Həm də daha az maaşla daha yüksək qiymətə.
Dördüncü bir amil isə ölkə
rezervlrinin idxal yolu ilə xaricə axmasıdır ki, bu da milli valyutanın dəyər
itirməsinə səbəb olacaqdır.
Beşinci, ən vacib təsir isə üçüncü
tərəflərə dəyən təsirdir. Buna xarici, yan təsir də deyə bilərik. Əgər hər
hansı süni etiyac sonrası yaranan tələblə, firmanın istehsalı artarsa və bu
istehsal artımı ədəd başına maliyyəti artırarsa bu zaman mənfi xarici təsir
ortaya çıxacaqdır. Ya da tam tərsi yəni, hər hansı bir firma bir məhsulun
istehsalında ixtsaslaşmış vəziyyətdədirsə sözü edilən məhsula tələbin artması
fabrika qiymətlərini endirəcəkdir.amma, bu bütün məhsullar üçün keçərli deyil
və daha çox öz sahəsində ixtisaslaşmış nəhəng firmalara aid edilə bilər. Çünki
onun əksik tələbdən dolayı boşda qalan makinası ya da işçisi var və o onu
hər zaman işə salaraq istehsalı artırmağa hazırdır. Əvvəllər bir saata 10
məhsul istehsal edən firma indi 15 edəcək və əldə edilən artıq məhsuldarlıq
istifadə edilən əlavə elektrik enerjisindən nisbətdə daha sərfəli olacaqdır. Ya
da aylıq 1000 manat kirayə haqqı ilə 300 məhsul istehsal edən firma bu dəfə 450
istehsal edəcəkdir.
Amma, təəssüf ki, Azərbaycanda belə
bir etiyacı qarşılayacaq yetərincə firma yoxdur. Nəticədə günü gündən populiyarlaşan
bəzi məhsullara tələbat artsa da firmaların artan istehsalından dolayı ortya
çıxmış müsbət xarici təsiri hiss edilməyəcəkdir. Çünki o məhsulların qiymətini
biz deyil, daha yüksək həyat standardlarına və maaşlara sahib olan avropa
ölkələri müəyyən edir. Bir sözlə əslində müsbət xarici təsir kimi ortaya
çıxmalı olan dəyişiklik, idxal mal olduğundan bunu hiss etdirməyəcək və daxildə
populiyar mallara təlabatın artmasından dolayı hətta bahalaşacaqdır.
Bəs Avropada dövlət firmalar tərəfindən süni tələbin yaradılmasına
nə üçün şərait yaradır.?
Çünki bu ölkələrdə insanların
yetərli aylıq maaşları və günlük standard iş saatlarından sonra asudə
qalacaqları xeyli boş zamanları var. Dövlətlər də iqtisadiyyatın canlanması
üçün öz üzərinə
düşən tədbirləri
görməyə çalışaraq firmaları süni tələb
yaratmaqda maraqlı vəziyyətə gətirir. Yəni, yastıq anlıta yığılan pulları
yenidən iqtisadiyyata geri çəkmək üçün süni tələbatın yaradılması bir
vasitədir. Əks təqdirdə, iqtisadiyyatda durğunluq yaranacaq və dövlət ya da
xarici valyutanın dəyərində prognozlaşdırılmamış oynamalar ortaya çıxacaqdır.
Avropa ölkələrinin işsizlərə işsizlik maaşı ödəməsinin səbəbi də elə işsiz
qalan o insanların iqtisadi faktor kimi iqtisadi fəaliyyətlərdən məhrum
qalmamalarına, bazarı canlandırmalarına qulluq edir. Bir sözlə avropada
insanlarda gəlir yetərli səviyyədədir,problem isə onun necə xərclənəcəyi ilə
bağlıdır. Elə bu səbəbdəndir ki, avropada insanlar stress atmaq üçün alış
verişə gedirlər. Qısacası, normasında olan həyatdan sıxılan insanlar bundan
qurtulmaq üçün pullarını xərcləməyə yeniliklər axtarır. Bir sözlə, inkişaf
etmiş ölkələrdə dərd, pulu xərcləməyə alternatif yollar, dərman isə süni tələb
sonrasında yaranmış bazarlardır.
Amma, özlərinin həmin o ölkələrə
bənzətməyə çalışan az inkişaf etmiş ölkələrdə isə həm pulun azlığı həm də
maaşla nisbətdə xərcləyəcək yerlərin çox olması problemlər olaraq ortaya çıxır.
Yəni, avropanın əslində öz cəmiyyəti üçün cızdığı planların, bahalı
restoranların, geyimlərin, texnologiyanın olduğu kimi daha az inkişaf etmiş
ölkələrə üz tutması avropadan fərqli olaraq dərdin dərmanı deyil, elə dərdin
özü olaraq ortaya çıxmış olur. Bir sözlə yüksək maaşını bahalı axşam yeməyinə
xərcləyən avropalı bununla stress atmış olsa da, bizim kimi gəliri olan
cəmiyyətin insanları bu vəziyyətdən iki şəkildə stress yaşamış olur. Bunlardan
birincisi o həmin restoranda oturub oturmama tərəddüdünün saatlarla sürən götür
qoyu, ikincisi isə hesabı ödədikdən sonra yaranmış stress. Beləliklə bundan ən
çox zərər görən ölkə iqtisadiyyatının, siyasi həyatının ən önəmli təbəqəsi olan
orta gəlirlilərdir. Çünki onlar cəmiyyətin ən aktiv üzvləridir, amma belə
olduqda onlar yavaş yavaş ortadan çıxacaq və kapitalizmin əsas mənfi təsiri
olan cəmiyyətdə iki təbəqə say olaraq əsas üstünlük əldə edəcəkdir. Varlılar və
kasıblar. Burada isə kimin qazanacağı məncə hər kəsə məlumdur.
Məncə icadlara maraqlı ölkələrdə birinci yumurta, sonra toyuq,
digərlərində isə toyuq və xoruz birgə yaranıb. Çünki, “İLAHİ ƏDALƏT” deyilən
bir şey var.
Elgün ORUCLU


