Keyfiyyətli insanların dəyərləri var - O qədər anlayışlı çağa
çatmışıq ki, artıq gözləri zəif olan və eynək taxan birinə “4 göz” demirik,
daun sindiromu olanları xoş qarşlayır və onlara hər kəs kimi davranırıq. Əhsən
bizə! Amma, az qala dünyaya car çəkilsin ki, kişilər aldadır. Həm də bu car
məsələsi feminizm dalğası ilə paralel, biz bərabərlik hisslərinin altında
aparılır. Birinci məsələ, hər kişi aldatmır və aldadan kişi isə, sevdiyinə yox
özünə xəyanət edir. Çünki, sevdiyi onun dəyəridir. Sevmədən evlənibsə bu isə yenə
onun öz dəyərlərinə yanaşmasıdır. Aldadırsa, o da xəstədir və gəlin onlara da
tolerant yanaşaq və müalicə etməyə çalışaq. Şüar bu olmasın – “kişilər
aldadır”. Gəlin deyək ki, “kişilərin hamısı aldatmır və öz dəyərlərinə hörmət
edən kişi aldatmaz" və müalicə etdiklərimizin sayını artıraq. Gəlin
aldatmayanlardan danışq, gəlin sadiq olanlar haqqında xəbərlər verək və boşanma
statistikası, 5-ci dəfə evlənənlər bizə lazım deyil. Siz elə bilirsiniz ki,
türk müharibəni Allahın ona verdiyi xüsusi güclə qazanır? Türk vətəninin işğal
olunacağı halda onun geridə qoyduqlarını nə gözlədiyini bildiyi üçün sonunadək
vuruşur. Dəyərləri olmayan modern bəşəri düşüncə tərəfdarları isə, geridə
itirəcəkləri heçnə qoymadıqları üçün vuruşub ölməkdənsə, təslim olmağı üstün
tutur. Dəyərlər müqəddəsdir.
Hər kəsin öz seçimi
var – Hörmət edək!
Əlbəttə ki, hər kəsin öz seçimi var və hər birimiz həyata 1 dəfə gəlirik. Amma,
ona görə gəlmirik ki zaman dolsun, ölək gedək. Bir başqa sözlə, ölmək üçün
gəlməmişik. Daha yaxşı davam etmək üçün burdayıq hər halda. Ofisdə xoşagəlməz
ətirdən istifadə edən birinə, avtomobilin musiqisinə ucadan səs verən “qaqaşa”,
saqqızı ictimai yerdə marçıltı ilə çeynəyən və yerə atan birinə nədənsə
ətrafdakıları narahat etdiyi üçün söz deməyə haqqımız var ikən, başqalarını
narahat edən geyimdə gəzən birinə söz deməyə çalışdıqda haqq müdafiəçilərinin
sayı artır. Amma, axı hər biri insandır və ilahi ədalət çərçivəsində haqqın tək
anlayışı var. Çünki, qaza gətirilirik və “cəmiyyət əxlaq normaları” dünya
yaranandan hər zaman olub və son əsrə qədər insanlıq inkişaf etdikcə kulturaya
paralel inkişaf edib. Son əsrdə isə bu normalar beynəlxalqlaşdırılır və bizim
kimi inkişafda olmaqda olan (nə versən sorğu-sualsız qəbul edən) cəmiyyətlər öz
ictimai əxlaq normalarını tərk edir. Kişi “kişi” olmalıdırsa qadın da zərif
qalmalıdır. Unutmayaq, əxlaq normaları bir cəmiyyətin önəmli atributudur və
işıqfor olmasa yolda hərəkət etmək mümkün olmazdı və demək ki, çoxluğun
(avtomobillərin) daha xoşbəxt yaşaması üçün işıqforun rənglərinə ehtiyac var.
İctimai yaşam üçün ümumi normalar mütləqdir və bu dəyərlər zəiflədikcə ictimai
toqquşmaların (qarşıdurma, boşanma, savadsızlıq v.s) sayı artacaqdır.
Müharibədə anbulansa atəş açılmır və bu bəşəri əxlaqdır. Rəng demişkən, LGTB-nin rənglərinə də ehtiyac yoxdur. Biz uşaq olanda onların adı göy qurşağı idi.
İndi bu rənglər gələcəyin gənclərinə az qala bütün oyuncaqların üzərinə həkk
olunmaqla sevdirilir. Təbii, onların da haqqları var, amma kaş ki, dünyadakı
bütün azlıqların haqqlarına belə simvollar həsr olunsa idi. Yeri gəlmişkən, onlar
artıq az deyil və Amerika əhalisinin 5%+ i dir (2023). (onlar nə üçün
təbliğ edilir isə başqa uzun mövzudur).
Qadın və kişi biri-birindən üstün deyil, amma bərabər də deyillər - Dünya yaranandan bir müddət sonra necə oldusa kişilər ovçuluğa meyil saldı, qadınlar isə əkinçilik, uşaq və odun qayğısına qalmağa başladı. Təbii ki, bu meyillənmə genetik deyildi, çünki bundan öncə insan geni yox idi. Bu təbii bölgünün nəticəsində ortaya çıxdı. Kişi fiziki olaraq güclü, qadın isə zərif olduğundan (indiki qadınlardan hətta daha kobud) bu bölünmə məntiqli idi. Bu iş bölgüsü səmərəli idi çünki, kişi bir canavarla güləşməkdə, soyuğa tab gətirməkdə daha fərasətli çıxmışdı. Beləliklə əsrlər boyu kişi ovladı, qadın bişirdi və ailə bağını qorumağa çalışdı (hətta o neondertal ağlımızla). Sonra müharibə və yenə kişilər. Yenə də məntiqli qərar idi. Qadın arxa cəbhədə daha faydalı olurdu. 21-ci əsr, indi bərabərlik davası gedir iki cins (yaxşı ki 3-cü cinslər hələ qarışmayıb) arasında. Bunu kim və nə üçün edir o bir başqa mövzudur amma, yanlış yanaşmadır. Bu bərabərlik davası etik də deyil. Kişi əsrlər boyu yurdunu, ailəsini qoruyub fiziki gücün pulla alına bilmədiyi vaxtlar ölümə getdi və hazırki yaşadığımız rahat dünya yarandı. Hansı ki, artıq pulla istədiyimiz şeyi “ovlamaq” mümkündür. Qalxıb deyirik ki, “dostum təşəkkür edirəm burdan sonra özüm davam edə bilərəm - biz bərabərik”. Qayıdaq mağara dövrünə?! Qadın cəmiyyətdə özünə dəyər verdiyi müddətdə bəlkə də kişidən də üstündür amma, onlar bərabər deyil ya da olmamalıdırlar. Kişi qadının bütün ehtiyaclarını qarşılamağa və onu işləmək istəməsinə, əyləncəsinə v.s tolerant yanaşmalıdır və borcudur. Amma, prezidentsiz ölkə, lidersiz qrup, müəllimsiz məktəb yoxdur. Prezidentin kim olacağı isə, onların öz daxili məsələsidir və bunu ictimailəşdirmə o qədər də vacib olmamalıdır.