21 Temmuz 2015

İnsan Həyatının Qiyməti Nədir.? İqyisadçı Kimi Düşünmək...

İqtısadıyatda hər bir şeyin ona biçilən dəyərinə uyğun qiyməti var. Hətta bazara yeni daxil olan məhsul belə bir neçə vaxtdan sonra öz tələbinə uyğun qiymət qazanmış olur.
         Amma dünyada bəzi varlıqlar vardır ki, onlara qiymət baxımından heç bir dəyər biçilməmişdir. Məsələn, dünya okeanı, saxara səhrası ya da insan həyatının qiyməti. Amma bu o demək deyil ki, bu varlıqların qiyməti yoxdur. Sadəcə bu varlıqlar alım və satım üçün bazara çıxarılmır ya da çıxarılması mümkün deyil. Buna baxmayaraq iqtisadiyyatda bu varlıqlara da qiymət biçilmişdir və bu amil bir çox məsələlərin həllində köməkçi olmaqdadır. Yəni, siz elə düşünə bilərsiniz ki, insan hyatının qiyməti yoxdur və bu pulla ölçülə bilməz. Amma, iqtisadçılar üçün bunu ölçmək o qədər də problem deyil və bu eyni zamanda bir sıra hüquqi tənzimləmələr üçün də vacib hesablamadır. Bəs necə...
         Fərz edək ki, siz dövlətin hər hansı bir yerli idarə orqanına vəzifəli şəxs kimi təyin olunmusunuz. Şəhərin baş mühəndisi sizin yanınıza bir təkliflə gəlir. Bu təklifdə şəhərin önəmli yollarından birində yol ayrıcında piyada keçidinin ssalınması layihəsi vardır və layihə 10 000 dollara başa gələcəkdir. Sizdən istənən isə bu təklifin dəyərləndirilib layihənin gerçəkləşdirilib gerçəkləşdirilməyəcəyinə qərarın verilməsidir. Bir iqtisadçı olaraq sizin edəcəyiniz ilk şey isə təbii ki, layihəyə çəkiləcək xərclə o xərc sonrası iqtisadiyyat dilindən desək əldə edilcək gəlirin (piyada ölüm riski) qarşılaşdırılmasıdır.

         Oxşar yol nəqliyyat hadisələri və layihələr diqqətə alınaraq belə qənaətə gəlinir ki, piyada zolağının salınması piyada ölüm riskini 1.6 faizdən 1.1 faizə qədər azaldır. Bu şəkildə iqtisadi məlumatlar əldə edildikdən sonra isə məsrəf mənfəət qarşılaşdırılması həyata keçiriləcəkdir. Keçidin salınması manatla, digəri isə insan həyatı ilə ölçülərək qarşılaşdırılacaqdır. Buna göre biz iqtisadi cəhətdən düzgün qərar vermək üçün insan həyatını pulla ifadə etməliyik. Yəni, insan həyatının dəyəri sonsuzdur deyimi iqtisadiyyat üçün keçərli deyil və bu bizim bəzi qərarları qəbul etməyimizə mane olacaqdır. Bəs biz bu məbləği nə ilə ifadə edirik.?
         Bu suala cavab vermənin bir yolu məhkəmənin qəsdən adamöldürmə halında istifadə etdiyi üsulda olduğu kimihəmin insan sağ qalsaydı, həyatı boyu nə qədər pul qazana biləcəyi ilə ifadə edilməkdi. İqtisadçılar isə bu üsulun əlehinə çıxış edirlər. Çünki, bu üsulun qəribə nəticələrindən biri budur ki, təqaüdçü və ya əlil insanın həyatı heç bir dəyərə malik deyil.
         İnsan həyatının dəyərini müəyyən tməyin bir digər yolu da insanların könüllü olaraq qəbul etdiyi riski və bu riskləri qəbul etməyin müqabilində tələb etdikləri məbləği nəzərdən keçirməkdir. Çünki, uca mərtəbəli binada fəhlə kimi işləyəb birinin həyatı riski, ofisdə işləyəninkindən daha yüksəkdir. Bu üsuldan istifadə etmiş tədqiqatçılar ortalama olaraq insan həyatının dəyərinin 10 milyon dollara bərabər olduğu haqqında nəticə çıxarmışlar.
         İndi isə biz bir iqtisadçı kimi düşünərək layihənin işlənilib, işlınilməməsinə qərar verəbilərik. Əgər piyada keçidlrinin salınması 10 000 AZN dirsə və bu piyada ölümlərini 0.5 faiz azaldırsa onda bunu hesablamaq o qədər də problemli məsələ deyil. Beləliklər keçidlərin salınmasından əldə edilən fayda (0.005 x 10 milyon = 50 000) dirsə onda bu layihənin hazırlanmasına etiyac vardır. Yəni, nəticə olaraq mənfəət məsrəfdən yüksəkdir.
         2014 cü ildə ABŞ da asma xəstəsi olan Eric Garner polislər tərəfindən istəmədən boğularaq öldürülmüşdü. ABŞ dövlət məhkəməsinin çıxardığı qərara əsasən 49 yaşındakı mərhumun ailəsinə 5.9 milyon dollar təzminatın ödənməsi də bu şəkildə qəbul edilmiş bir qərarlardandır.

Azərbaycanda xüsusi ilə tikinti sahəsində və bir çox digər sahələrdə insanlar hələ də təhlükəsizlik tədbirlərini yuxarı vəzifəli şəxslərdən tələb etməməklə öz həyatlarının qiymətini çox ucuz biçirlər. 

18 Temmuz 2015

Tələbdəki Azalışın Tarixə Nəzər Salaraq İqtisadi Qarşılaşdırılması. Azərbaycan Timsalında

On dördüncü əsrdə Avropada ‘Bubon Epidemiyası’ bir neçə il ərzində əhalini üçdə bir hissəsinin məhv olmasına səbəb oldu. Qara ölüm adlandırılan bu hadisədən istifadə edərək bir iqtisadi eksperment aparmaq mümkündür. Yəni, qara ölüm sağ qalan əhaliyə necə təsir etdi.? Onun iqtisadi təsiri necə oldu. ?
         Bu suala cavab vermək üçün, əhalininn sayının azalmasının əməyin və torpağın marjinal məhsuldarlığına necə təsir etdiyinə nəzər yetirək. İşçi qüvvəsinin sayı azaldığından, əməyin marjinal məhsuldarlığı artır. Yəni, nəzəriyyəyə görə Qara Ölüm əmək haqqının artması ilə nəticələnmişdir.
         İstehsal prosesində torpaq və əmək birlikdə istifadə edildiyi üçün, işçilərin sayının azalması, həm də orta əsrlər Avropasında çox əhəmiyyətli istehsal amili olan torpaq bazarına təsir etmişdir. Torpağı əkib becərən işçilərin az olması hər bir əlavə torpaq sahəsindən daha az məhsul əldə olunmasına səbəb olmuşdur. Başqa bir sözlə torpağın marjinal məhsuldarlığı azalmış, Qara Ölüm torpağın icarə qiymətinin azalmasına gətirib çıxarmışdır.
         Tarixə nəzər salsaq faktlar nəzəriyyənin prognozlarının doğru olduğunu göstərir. Qara Ölümdən sonrakı dövrdə əmək haqları təqribən iki dəfə artmış, torpağın icarə haqqı isə 50 faizədək azalmışdır. Nəticə olaraq bu xəstəlik kəndli sinifinin iqtisadi yaşam şərtlərinin yaxşılaşmasına, sahibkarların, yəni, torpaq sahiblərinin isə gəlirlərinin azalmasına səbəb olmuşdur.(yuxarıdakı tarixi fakt aşağıdaki iqtisadi hadisəylə əlaqəsi yaradılmağa çalışılan sadəcə bir bənzətmədir.Qaynaq. Qreqori Menkyu. Ekonomiksin Əsasları. Bakı 2010. s.407)


Azərbaycanda paytaxt Bakıda son zamanlar (2015 in ikinci yarısı) sıxlığın, yəni bölgələrdən axının  azalmasının əmək haqları və daşınmaz əmlak bazarına təsiri nədir. ?
Sona zamanlar, xüsusi ilə də Birinci Gənclər Yay Avropa Oyunlarından sonra şəhərə girişlərə bəzi məhdudiyyətlərin gətirilməsi paytaxt Bakıda da durğunluğa səbəb olmuşdur. Bu durğunluq ilk başda orta və aşağı qiymətli malların təlabatına azalış şəklində  görülsə də, digər bir dəyişmə də keçən yazıların birində bəhs etdiyimiz kimi, kənd təsərrüfatı məhsullarının təklif həcmindəki azalma, ya da qiymətlərindəki bir qədər artışdır.

         Daşınmaz əmlak bazarında dəyərləndirmə.
Dediyimiz kimi, bölgələrdən axının, xüsusi ilə də tikintilərdə işləyən işçi ordusunun azalması müşahidə edilməkdədir. Bəs bunun başlıca səbəbi nədir. ?
Yuxarıda da qeyd etdiyimiz kimi, həyata keçrilən bəzi dövlət programlarıyla bərabər, paytaxta bölgələrdən kütləvi axının qarşısı alınmışdır. Bu isə qismən də olsa tikintilərdə işləyən işçi sayısını azaltmışdır. Başqa bir tərəfdən də, bölgələrdən axının azalmasından dolayı bir çox sektorlarda və elə eyni zamanda daşınmaz əmlak bazarında da qiymətlər düşmüşdür. Yəni, 2015 ci ilin ikinci yarısına əsasən verilən məlumatlara görə Bakıda daşınmaz əmlak qiymətlərində 5-7% arasında azalma müşühidə edilmişdir.  Bu azalma isə hələ ki, tikinti sahəsində çalışan işçilərin əmək haqlarının artmasının qarşısını alır. Yəni, nəticə olaraq 14 cü əsrdə Avropada və 2015 ci ildə Bakıda baş verənlərin oxşar cəhəti əhalinin sayısında azalmanın müşahidə edilməsidir. Amma, qarşılaşdırmada bir sıra fərqliliklər və bənzərliklər vardır. Hər iki nəticə bu dəyişimlərin heç də sahibkarların yararına olmadığını ortaya qoymaqdadır. Yəni, Avropada torpaq qiymətlərinin düşməsi, Bakıda isə daşınmaz əmlak bazarındakı tələb çatışmazlığından yana sahibkarlar əvvəlkindən daha az qazanacaqdır. Fərqli cəhət isə 14 cü əsr Qara Ölümlə əmək haqlarının 50 faiz artmasına qarşılıq, daşınmaz əmlak bazarında bunun müşaidə edilməməsidir. Bunun səbəbi isə ölkə iqtisadiyyatının, xüsusi ilə də devalüvasiya ilə daha öncədən durğunluğa girmiş olması ilə qismən əlaqələndirilə bilər ki, bununla da sahibkarlar da yeni tikinti sahələrini başlatmaq marağında deyillər və işçi qüvvəyə tələb o qədər də şiddətli deyil. Amma, ümümi nəticə olaraq bu dəyişikliklərdən 14 cü əsr Avropadakı nəticəyə bənzər nəticə əldə edilir. Yəni, tələbin düşməsi sahibkar qazanclarını azaltmaqla bərarər, əmək tələbinin aşağı olması kəndçini paytaxta gəlməyə məcbur etmir. Əvəzində kənçi işsiz qalmamaq üçün öz işini özü qurmağa qərar verir və bu da nəticədə yeni iş yerlərinin açılmasına, bölgələrlə paytaxt arasında yaşam uçrumunun azalmasına səbəb olur.  Yəni, uzun zaman dilimində bu dəyişimdən kəndçi daha çox fayda əldə edəcəkdir. Son olaraq deyə bilərik ki, hər iki halda yəni əhalinin təbii ya da qeyri təbii yolla azalaraq tələbinin düşməsi sahibkarların əlehinə, kəndçi sinifinin isə uzun zaman dilimində yararına ola bilər.

Elgün ORUCLU

14 Temmuz 2015

İnflyasiya və İşsizliyin Siyasi Tərəfi: İqtidarın Seçkiləri Qazanmaq Planı


Siyasi iqtisadi dalğalanmalar teorisi, iqtisadi siyasətin qərarları və siyasi hadisələr arasındakı qarşılıqlı münasibəti ələ alır. Teorinin ən önəmli yanı, iqtisadi dalğalanmaların siyasi seçimlərin zamanının yaxınlaşdığını xəbər vermiş olmasıdır. Yani, seçkilərin yaxınlaşması inflyasiya və işsizlik kimi iqtisadi dəyişkənlərdə hiss ediləcək qədər oynamalara səbəb olur. Bu oynaqlıqların hansı yöndə olacağı və nə şəkildə bir dəyişikliyin seçimlərə (parlament,prezident) hansı istiqamətdə nə şəkildə təsir edəcəyi siyasi iqtisadçıların qərarları ilə tənzimlənilməyə çalışılır. Bu siyasi iqtisadçılar seçicilərin qərarlarına onların gündəlik yaşam tərzlərinə təmas edərək çox hallarda xalqın qərarının dəyişməsində müvəffəqiyyət qazanmış olurlar. Başlıca dəyişkənlər isə inflyasiya, işsizlik və ya da bu ikisinin fərqli birləşmələrini ifadə edən müdaxilələrdir. Qısacası iqtidar seçimlərə yaxınlaşdıqca öz iqtisadi siyasətini xalqın qısa zaman dilimində məmnun edilməsi və bəlkə də bir az da onlara pisikoloji oyun olyanayaraq öz mənafeyini güdməyə başlar. Bu siyasətlə bağlı Alternatif Qərarlar qrafiklə aşağıdakı kimi açıqlana bilər.

         Bildiyimiz kimi uzun dönəmli PHİLLİPS əyrisi inflyasiya ilə işsizlik arasında tərs yönlü bir əlaqə mövcuddur. Yəni, işsizliyin azalması uzun dönəmdə gəlirlərin artmasına və bu da təlabatı artıracağından inflyasiyanın yüksəlməsinə səbəb olacaqdır. Yuxarıdakı qrafikdə iqtisadiyyatın hər hansı bir səbəbdən dolayı yüksək inflyasiya və yüksək işsizlikyi təmsil edən “A” nöqtəsində olduğunu qəbul edək. Məqsəd isə daha az bir inflyasiya və təbii işsizliyi təmsil edən “B” nöqdəsinə çatmaqdır. Burada iqtisadiyyatın təbii işsizlik faizi olan “B” yə qayıda bilməsi üçün iki yol vardır. Bunlardan biri şəkilin üst qismindəki, yəni “A” nöqtəsindən ilk əvvəl yuxarı doğru hərəkət edən iqtisadi siyasətdir ki, bu zaman işsizlik sürətli bir şəkildə azalmağa davam edir, amma ilk əvvəl isə inflyasiya da yüksələcəkdir. Yəni, inflyasiya yalnızca uzun zaman dilimində enməyə başlayacaqdır. Ikinci bir yol isə şəkilin alt hissəsini təmsil edən iqtisadi qərardır. Bu qərarda inflyasiya görüldüyü kimi elə ilk başdan sürətlə azalmağa davam etməkdədir, amma buna qarşılıq işsizlik çox yavaş olaraq azalmaqdadır. Praktikada inflyasiyanı azaltmada qıbul ediləcək qərarın zamanından və digər bir çox qərarlardan aslı olaraq iki fərqli yol izlənilməkdədirş bunlardan biri tədirici, yəni, inflyasiya rəqəmlərini kiçik azalışlarla uzun zaman dilimində istənilən səviyyəyə çatdıtmaq, digəri isə “şok edici” yoldur ki, bu yolla inflyasiya bir müdaxildəd böyük miqdarda azaldılmağa çalışılır. Bu stratejilərdən hansına baş vurulacağı mövcud vəziyyətdən, xalqın münasibətindəm v.s dan aslı olaraq dəyişəcəkdir. Yuxarıdakı qrafikdə şəklin üst hissəsi “tədrici” alt hissəsi isə “şok edici” inflyasiyanı azaltma siyasətinə uyğundur.
         Bəs bu qərarlarda doğru zamanda doğru stratejini həyata keçirmək nə üçün vacibdir ?
Seçkilərə yaxınlaşdıqca maksimum səs toplamaq istəyən siyasi partiya xüsusi ilə seçim ərəfəsində ölkə iqtisadiyyatını istənilən vəziyyətə gətirmək üçün mübarizə aparır. Yəni, inflyasiya və işsizlik yüksək səviyyədə olmamalı və mümkündürsə azaldılmalıdır. Amma burada ortaya çıxan başçıca çətinlik, zaman diliminin bəzən düzgün istifadə edilməməsi ya da bu yolda ortaya çıxan çətinliklərdir. Qısacası seçkilərə az qalmış iqtisadi siyasətçilər əllərində olan zaman dilimindən lazımınca istifadə edərək maksimum nəticə əldə etmək istəyəcəklər. Bəs bunun üçün nə edəcəklər ? 

         Haqqında bəhs etdiimiz teorinin bu suala cavabı, praktikada iktidarın başlanğıcda daraldıcı siyasətlə işsizliyi yüksəltmək və inflyasiyanı azaltmaq marağında olduqlarını deyir. Əgər biri bu siyasəti qınamağa çalışdığı zaman isə, işsizliyin əvvəlki iqtidardan qaynaqlandığı ortaya altılır. Seçkilərə az qalmış isə canlandırıcı iqtisadi siyasətdən istifadə edilir və işsizlik azaldılaraq xalqın rəğbəti qazanılmış olur. Digət tərəfdə işsizlik azalsa da hələ də qısa bir zamada təbii işsizlik faizinin üzərində bir işsizlik olduğu üçün inflyasiya şiddətli bir şəkildə yüksəlməyəcəkdir.
         Sən saydığını say, gör fələk nə sayır.

Ancaq iqtidarın bu siyasəti hər zaman onun üzünü güldürməyəcəkdir. Xalqın rəğbətini qazamnaq üçün iqtisadi canlanmanı seçkilərə bir neçə ay qalmış həyata keçirən iqtidar, ara seçkilərdə (bələdiyyə, parlament) səs itirəcəkdir. Digər tərəfdən iqtidar sırf siyasi partiyasını düşünüb xalqı uzun müddət çətin vəziyyətdə saxlayacaq qədər gücə də sahib deyil. Çünki, müasir dövlətlər ölkədə tək hegemon güc deyillər. Ən azından əksər ölkələrdə müstəqil Mərkəz Bankları vardır ki, bu da iqtidarın istənilən nəticəni almasına və iqtisadiyyatı istədiyi kimi idarə etməsinə meneə olacaqdır. Bir başqa amil də, hər an qonşu ölkələrdə ya da başqa bir hegemon dövlətlərdə ortaya çıxabiləcək böhran qorxusudur. Sürətlə bütün dünyaya yayılna iqtisadi daralma iqtidarın siyasətinə mənfi təsir göstərə bilər. 

02 Temmuz 2015

Ucuza Alıb Bahaya Satmaq Kimə Daha Çox Yararlıdır.(Möhtəkirlik)

Bilet möhtəkirliyi (ucuza almaq, baha qiymətə satmaq) Kevin Tomas üçün çox yaxşı gedir və o, bu işlə məşğul olmaqdan heç vaxt xəcalət çəkmiyib. Kevin Bronksda məktəbdən qovulduqdan sonra bu işi mənimsəyib və onun hal hazırda 26 yaşı var. O eyni zamanda həftənin yeddi gecəsi New Yorkda teatrların və idman saraylarının qarşısında işləyir və ildə təxminən 40.000 dollar qazanır.  Onun əsas işi isə biletləri ucuz qiymətə alıb, tamaşalara lap az qalmış baha qiymətə satmaqıdır.
         Hər il onu ortalama olaraq 30 dəfə polis bölməsinə aparırlar. O isə bu yoldan çıxış yolunun adını yanlış söyləməklə tapıdığını deyir. Amma, o buna baxmayaraq eyni zamanda cəriməsini də ödəyir. O deyir ki, polislərin onu bölməyə aparması əslində düzgün deyil. Çünki, Tomas düşünür ki, əgər əhali bu qiyməti ödəməyə hazırdırsa onda polisin onu günahlandırması yersizdir.
         Kevin kimi bilet möhtəkirləri və lisenziyalı bilet dəllalları ilə mübarizə New York və New Cresinin hökumət adamları üçün ciddi problemə çevrilib. Hökumət bilet möhtəkirlərini mülkü geyimli polislərlə yaxalayaraq hay-küyə səbəb olan məhkəmə proseslərində mühakimə edirlər.
         Amma iqtisadçılar bilet möhtəkirliyində cənab Tomas ilə həm fikirdirlər. Onlar iddia edirlər ki, dövlət bu mübarizəni sona qədər davam etdirə bilməyəcək və eyni zamanda belə bir mübarizə həm də heç əhalinin də xeyrinə deyil. Bu proseslərin davam etdirilməsi tədbirlərə, tamaşalara gələn insan sayısını azaltmaqla bərabər, polislərin vaxtını hədər yerə alır, New York şəhərinin büdcəsini milyonlarla gəlirdən məhrum edir.

         İqtisadçılar bunu belə bir hadisə ilə açıqlamağa çalışmışlar. Onlara görə Müasir  Sənət Muzeyində tamaşaya gələn insanlar Matis eksponatına baxmaq üçün növbədə dururlar. Bu növbə 2 saata qədər vaxt alır. Amma, bunun asan yolu səkidədir. Yəni səyyar satıcılardır. Bir sözlə möhtəkirlər polisdən yayınaraq 12,5 dollarlıq biletləri 20-35 dollar arası qiymətə satırlar.
         Bəzi adamlar hesab edirlər ki, 10-15 dollar artıq verməklə onlar öz vaxtlarına qənaət edirlər. Yəni bəzi insanalrın 2 saatdakı məhsuldarlığı biletə ödədiyi artıq qiymətdən daha çoxdur. Nəticədə möhtəkir fəakiyyəti nəticəsində həm satıcı həm də alıcı qazanclı çıxmış olur. Kronel Universitetindən olan iqtisadçı Richard Teylor bu fikir “Bəzi adamlar hesab edirlər ki, hamının növbədə durması daha ədalətlidir, amma nəticədə insanlar məhsuldarlıq baxımından qeyri məhsuldardırlar və növbədə durmaq daha az məhsuldar biri üçün daha sərfəlidir. Yəni, bilet möhtəkirliyinin qadağan edilməsinin heç bir iqtisadi əsası yoxdur.
         Tomas isə eyni zamanda bilet möhtəkirliyinin qanunuləşdirilməsinin də tərafdarı deyil. Çünki o bu zama daha güclü rəqabətə məruz qalacağından və ucuza bilet alıb bahaya satanların çoxalacağından dolayı daha az gəlir əldə edəcəyindən, hətta bəlkə də işsiz qalacağından da qorxur.
         İqisadçılar əslində Toması medafiə etməklə iqtisadiyyatda məhşur “Görünməz Əl” nəzəriyyəsini müdafiə etmiş olurlar. Yəni bilet möhtəkirliyi həm alıcıya həm də satıcıya sərf edir. 
          Yəni, nəticə olaraq deyə bilərik ki, bəzən dövlətin kasıb əhalini qorumaq və bir sıra insanların qiymət şişirmələrindən yüksək gəlir əldə etməsinin qarşısını almaq üçün möhtəkirlikliyə qarşı apardığı mübarizə hər zaman iqtisadiyyat adına müsbət nəticə demək deyil. 

Qaynaq. "The New York Times", 26 dekabr 1992. səh A1.

 
biz.