19 Ağustos 2015

Su təchizatında fasilələr var, bəs benzin təhcizatında fasilələr niyə yoxdur.?

Günümüzdə ortaya çıxmış və yaxud da son 10 illikdə aktual olaraq müzakirə edilən kürəsəl problemlərdən biri də ekokoji çirklənmə və içməli su qıtlığıdır. Maraqlı məsələ burasındadır ki, ekoloji çirklənmədə günahkar nəhəng şirkətlər hesab edilir və onlar bu zərərli fəaliyytlərinin bədəlini vergilərlə, yaşıllaşdırma aksiyaları həyata keçirməklə ortadan qaldırsalar da, içməli su qıtlığının əsas günahkarı kimi isə, ana təbiət günahlandırılır. Yəni, bu gün Azərbaycanın bəzi bölgərinin içməli su təminində çətinliklərlə qarşılaşmasının əsas səbəbi kimi uyğun iqlim şəraiti misal gətirilir. Bir sözlə Şəkidəki əhalinin içməli su ehtiyatı ilə Biləsuvardakı əhalinin içməli su ehtiyatı arasında arasındakı böyük dərəcədəki fərqin günahı iqlimdən və dolayı yolla da quraq ərazini özünə məskən seçən adi vətəndaşın özündədir. Əlbəttə quraqlıq əsas şərtdir, amma əsl günahkar bazar və qiymətlərin tələb və təklif tərəfindən tarazlaşdırılmasına imkan verməyən qanun və yaxud da qanun qoyuculardır.
            Iqtisadiyyat üçün su və benzin arasında fərq yoxdur. Su təhcizatında fasilələr var, bəs benzin təhcizatında fasilələr niyə yoxdur. ?

Burada su ilə benzin arasındakı bənzərlik diqqət çəkəndir. Maraqlısı burasındadır ki, 1970 ci illərdəki enerji böhranı da, təbiətin qıt neft ehtiyatlarının boynuna atılmışdı. Lakin qıtlığın səbəbkarları Neft İxrac Edən Ölkələrin Təşkilatlarının hərəkətləri və qiymətlərin düzgün tənzimlənməməsi siyasəti idi. Indi isə dövlətlər su qıtlığını məhdudlaşdırıcı qanunlarla ortadan qaldırmağa çalışırlar. Yəni, bu gün Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə içməli su fasilələrlə verilir. Bu qanunlar isə bazarların uyğun tələb və təkliflərə görə sərbəst işləməsinə maneə olur. Yəni bir sözlə dövlət içməli su qıtlığının qarşısını almaq üçün məhdudlaşdırıcı yollara baş  vurursa onda bu məhdudlaşdırıcı yol təbiətdə heç də tükənməz olmayan benzin təhcizatında niyə yoxdur. ? Çünki dövlətlər bu qıtlığı vergilərlə tənzimləyərək tələb və təklifin balansını təmin edirlər. Yəni, bir sözlə dünyadakı benzin qıtlığı və bundan ortaya çıxabiləcək qorxu içməli su qıtlığından fərqli olaraq vergilərlə tənzimlənir.

            Amma, nəzərə almaq lazımdır ki, vergi sistemi su ilə benzin arasında fərq qoymur və quraq ərazilərin su ilə təmin edilməsində mövsümdən aslı olaraq fərqli vergi siyasətinin qüvvəyə minməsi məhdudlaşdırıcı sistemdən daha uyğun qərar olacaqdır. Çünki, dünyanın hər bir guşəsindən toplanan məlumatlar göstərir ki, şəhərlərdə suyun qiymətini 10 faiz qaldırdıqda, sudan istifadə 12 faizə qədər aşağı düşür. Kənd təsərrüfatında istifadə olunan suyun qiyməti 10 faiz artdıqda isə, onun istifadəsi 20 faiz aşağı düşəcəkdir. Yəni, nəticə olaraq demək olar ki, içməli su qıtlığının aradan qaldırılmasında məhdudlaşdırıcı  yol izlənməsi heç də optimal yol deyildir və bu seçim abonentlərə yaşdıqları ərazilərin quraqlığının bədəlini ağır bir yöntəmlə çəkdirməkdir. Digər bir tərəfdən onlar həyətyanı ərazilərin istənilən zaman suvarılmasına nail olmayacaqları üçün məhsuldarlığın aşağı düşməsi müşahidə ediləcək və dolayı yoldan məhdudlaşdırıcı su təhcizat sistemi ilə, gəlirlərin azalması da ortaya çıxacaqdır. Bu isə hər halda məhdudlaşdırıcı sistemin yerinə istifadə ediləcək yüksək içməli su vergisindən də artıq gəlir itkisinə səbəb olacaqdır. Nəticədə əhali həm su təhcizatı baxımından məhdud dərəcədə təmin olunarkən, həm də ən azından içməli su qarşılığında ödəniləcək yüksək vergiyə bədəl gəlir itirəcəkdir. Qısacası içməli su təhcizatında ərazidən və mövsümdən aslı olaraq fərqli vergi sistemindən istifadə edilməsi ən azından benzinin qiymətinin dünya üzərində istənilən səviyyədə saxlanmasına kömək edən sistem qədər uğurlu yoldur.  

Elgün ORUCLU

12 Ağustos 2015

Yoxsul Ərazilərə Yox, Yoxsul Əhaliyə Yardım Etmək Lazımdır.

Amerikan İqtisadçı Edvard L. Qlaeser  12.08.1999 cu il tarixli The Wall Street Jurnalında nəşr edilmiş “Yoxsul yerlərə yox, yoxsul insanlara yardım etmək lazımdır” başlıqlı məqaləsi ilə prezident Klintonun “Yeni Bazar”adlı altı şəhərdə yoxlulluğu azaldmağa yönəldilmiş programına qarşı çıxmışdır. Yazara görə Prezident Klintonun həyata keçirməyə çalışdığı bu program kifaət qədər qüsurludur və bu program ancaq bir neçə kasıba kömək edə biləcək. Ona görə program iqtisadiyyatın ilkin iqtisadi qaydasını pozur və program ərazilərə deyil, insanlara yardım üçün nəzərdə tutulmalıdır.

            Məsələyə fikir versək görərik ki, həqiqətən də yoxsulluqla mübarizə adı altında yoxsul ərazilərə dövlət yardımları bəzən nətic vermir, çox vaxt isə qismən nəticə verir. Məsələn ərazilərlə əlaqəli nəzərdə tutulmuş proqramlarla bağlı problem bu programlardan nəzərdə tutulan ya da kasıb ərazərin sifətini öz üzərində daşıyan, kasıb bölgələri kasıb edən əhalidən  çox, həmin ərazilərdəki mülkiyyət sahiblərinin bu yardımlardan qeyri-münasib şəkildə faydalanmasıdır. Məsələn, hökumət yoxsul ərazilərə investisiya qoyan firmalara vergi imtiyazı təklif edərsə, bu halda firmalar əmlak dəyərlərini və icarə haqlarını yüksəltməklə həmin ərazilərə yerləşəcəklər. Ya da, dövlət həyata keçirmiş olduğu hər hansı bir inkişaf programı ilə inşaatla əlaqəli bir şirkəti dəstəkləməsi orada yaşayan yoxsul əhali üçün heç də vacib olmayan, tələbsiz təklifləri ortaya çıxaracaqdır. Çünki, göz qamaşdıran mədəniyyət ocaqları, müasir standardlara cavab verən əyləncə məkanları, bahalı yeməkxanalar v.s. kasıb əhalinin etiyacı olmayacaq ya da süni yaradılmış bu etiyac uzun müddət tələblə dəstəklənə bilməyəcəkdir. Nəticədə bu əyləncə məkanlarından yenə də imkanlı şəxslər faydalanacaq və yenə də bu əyləncə mərkəzlərindən əldə edilən gəlirlər dövlətin vermiş olduğu yardımlarla əvvəlkindən də daha qazanc verici şəkildə sahibkarlara gedəcəkdir. Digər bir tərfdən də bu subsidiyalar hər nə qədər potansiyal iş yeri demək olsa da kasıb və eyni zamanda təhsil imkanları tərəfdən də o qədər yaxşı vəziyyətdə olmayan əhalinin böyük bir hissəsi bu yeni və müasir tipli iş yerlərində iş tapmaqda da çətinlik çəkəcəklər. Yəni, dövətin subsidiyalarla xərcləmiş olduğu miqdarın kasıb əhaliyə deyil, kasıb ərazilərə yönləndirilməsi subsidiyaların çiyin təsirini azaldacaqdır.
Başqa ortaya çıxabiləcək bir amil də, dövlət tərəfindən bu şəkildə ayrılmış subsidiyalar ərazilərdə süni, gözəllilərin salınmasına gətirib çıxara biləcəkdir ki, bu da ərazini bahalı turizm bölgəsinə çevirəcəkdir. Çünki, əksər hallarda suni olaraq sonradan salınmış turistik bölgələr yanlızca bahalı turizmi inkişaf etdirir ki, bu da kasıb əhalisi olan yerli xalqı günü gündən yüksələn qiymətlərlə daha da təhdid edəcəkdir.


            Yoxsulluğun azaldılmasında Edvard Qleaser kimi mən də belə düşünürəm ki, ən yaxşı yol əraziyə deyil əhaliyə yardımların edilməsidir. Bunlara gəlir vergilrində endirimlərin edilməsi, yerli əhalinin istehlak və iş tələbinə uyğun istehsal yerlərinin açılması, azgəlirli ailələrin çoxmənzilli binalarla güzəştli şərtlərlə təmin edilməsi aid edilə bilər. 

Elgün ORUCLU

02 Ağustos 2015

Kapitalizmin Cəmiyyətimizə Təsiri.(Ağa Deyir Sür Dərəyə, Sür Drəyə)

Sosial  düşüncə, liberal kapitalist sistemdəki axsaqlıqlara bir cavab ya da qarşı müdaxilə olaraq ortaya çıxmışdır. Bu düşüncəni elmi şəkildə ilk dəfə Karl Marx (1818-1883) oataya qoymuşdur. O İngiltərə və Fransadakı liberal kapitalizm sistemindəki hədsiz mülkiyyətə sahib olma haqqını misal gətirərək bu sistemin cəmiyyət və insanlar arasında ədalətsizliklərə yol açdığını dilə gətirmişdir. O mülk sahiblərinin günü gündən daha da sərvətlərinə sərvət qatdığını və işçilərin isə səfalət içində bir parça çörək üçün işlədiyinə diqqəti çəkmişdir. Karl Marx “Kommunist Monifesto” adlı əsərində kapitalist sisteminin mütləq çökəcəyini və yerini sosialist sisteminin alacağını bildirmişdir.
Bəs sosializm sistemi cəmiyyət arasında bərabərliyi təmin etmək üçün nə şəkildə bir yanaşma izləyirdi. ?
İstehsal vasitələri və istehsal prosesində istifadə edilən digər şeylər kiməsə ya da az sayda sahibkara deyil, bütöv bir cəmiyyətə aid idi.
Kapitalist sistemdə hərkəs öz yararı üçün mübarizə apardığından iqtisadiyyatda ortaya çıxan problemlər özü özlüyündən “bazar mexanizimləri” köməyi ilə , sosializim sistemində isə mərkəzi idarəçilik tərəfindən “mərkəzi planlama” yolu ilə ortadan qaldırılacaqdı.
Dövlət hər kəsi işlə təmin edəcəkdi.  Istehsalda artıq məhsul istehsal olunmayacaq və hər kəs bir birinə bənzər şeylər alacaqdı. Cəmiyyət arasında ayrı seçkilik olmayacaqdı. Mülkiyyət paylaşımında mübarizə olmayacaq, torpaq,sərmayə dövlətə aid olacağından ayrı ayrı fərdlər faiz,kirayə kimi gəlilər əldə etməyəcəkdi.
Bu sistemin səciyyəvi xüsusiyyəti olan bu özəlliklər təbii ki, başlıca olaraq cəmiyyətdəki bərabrsizlikləri ortadan qaldırmaq üçün ilk baxışda kapitalizm sisteminə görə daha yararlı olcağını söyləmək mümkündür. Amma, bu heç də bu qədər asan deyildir. Yəni, zamanla dövlətin böyüməsi mərkəzdən idarəçilik adına bir sıra çətinliklər yaratmaqdadır. Çünki, dövlət bazar haqqında kifaət qədər məlumata malik deyil və o nəyin nə qədər istehsal ediləcəyinə doğru qərar verəbilməyəcəkdir. Ortaya çıxabiləcək başlıca çətinliklərdən biri də, qaynaqların israfı və işgücünün tam məhsuldarlığı ilə fəaliyyət göstərməməsi, gizli işsizliklərin ortaya çıxması, əməyin düzgün dəyərləndirilməməsidir. Elə məhz bu xüsusiyyətlərdən doğan çətinliklər sosializm sisteminin sonunu gəirmişdir.
Amma, nəzərə almaq lazımdır ki, kapitalizm sistemindəki daha az dövlət müdaxiləsi, gücsüz dövlət anlamına gəlməmlidir.
Bəs kapitalizm sistemi cəmiyyəti ya da cəmiyyətlərə necə müdaxilə edir. ? Kapitalizm sistemindəki daha güclü dövlət, kapitalizm adı altında əksər mentalitetləri  ələ keçirən, idarə edən dünya hegemon qruplaşmaları qarşısında nə qədər güclüdür.  ?

Sosializmin günümüz insanları üçün ən kabuslu gələn tərəfi məhsul çeşitliliyinin olmamasıdır. Həyatı boyu 300 ə yaxın geyim dəyişdirən insan üçün əlbəttə bu xeyli cansıxıcı olacaqdır. Çoxumuz, hətta hər birimiz illərlə eyni geyimi geyinməyə etiraz edəcəyik, ya da hər kəsin eyni geyinməsinə, eyni yeməkləri yeməsinə və qısası eyni şeyləri istehlak etməsinə qarşı çıxacağıq. Amma, əksərimiz kapitalizmin quluna çevrilərək hər gün “Macdonald s” da kartof qurusu yeyərək “Cola” içməkdən nədənsə heç bezmir ya da bu oyun bizi bunları dərk edərək dərin düşündürəcək qədər boş buraxmır. O, bizə bu sabit menünü yaxşı yaşam tərzi ilə pərdələyərək təklif edir.
Köhnə kəndə təzə adət....

Bəs nə oldu ki, 2012 ci ildən sonra “selfie”(öz çəkim) kəliməsinin istifadəsi 17 min faiz artdı və selfie çəkilişləri digər şəkil çəkilişlərinin yerini aldı. Digər tərəfdən “selfie” kəliməsi Oxfor dun rəsmi lüğətinə də əlavə edildi. Statistikaya görə 18-34 yaş aralığındakı şəxslərin 40 % i həftədə ən az bir dəfə selfie müraciət edir.
Bəs görəsən hər kəsin bir anda sadə telefonlarını tərk edib ağıllı mobil telefonlara axın etməsinin səbəbini nədə axtarmalıyıq. ? Bəs əksər insanın mənasını belə bilmədən şəkillərdə sülh anlamını verən qoşa barmaq işarəsinə müraciət etməsinə təsir edən güc hardan gəlir. ? Ya da daha doğrusu bu güc kimdədir. ? Yaxşı düşünək. Fərqli məhsullar istehsal edib azad seçim şansı verən kapitalizmin ədaləti bu qədərdir..? Sosializm bir çeşid məhsul istehsal edərək onu hər kəsin seçiminə buraxırdıra, kapitalizm öz oyunları ilə istehsal etdiyi çox sayıda məhsuldan istədiyini bizi onun aludəçisinə çevirərək zorla satır. Bu gün hansı müasir gənc yeniliyi qaçırmaq istəyər ki ? Ya da kapitalizm ona elə  bir şans verər ki. ? Qısacası kapitalizm öz maraqlarını ya da güclü anti mentalitet qüvvələrin maraqlarını bizə öz pulumuz qarşılığında zorla satır...
Ağa deyir sür dərəyə, sür dərəyə. ..

Nəticə olaraq deyə bilərik ki, bir məhsulun az sayda çeşidini istehsal edən sosializim, eyni məhsulun xeyli sayda çeşidini bazara çıxaran kapitalizm sistemindən daha ədaləlidir. Çünki acımasız kapitalizm, süni istəkdən yaradılmış selfi çubuğunu hər kəs üçün gərəkli olan kitabdan daha istəkli hala gətirməyi bacara bilir. O bizə bizim zövqümüz kimi görünən məhsulları uzun illər işləyib hazırlayaraq, beyinlərimizə yeridərək bir gün  öz marağına uyğun şəkildə satır. Amma, əslində o selfi çubuğu kimi gərəksiz icadlar bizim həyatımızda heç bir önəmə sahib deyil. Ancaq, bütün bunlar təbii ki, başda güclü dövlətlər olmaq şərti ilə hegemon anti mentalitet quuplaşmaların nə qədər güclü olduğunu sübut edir. Artıq dünya kapitalizmin oyunları ilə “əl meymunu” na çevrilir.

Bütün bunlarla bərabər kapitalizmin və sosializmin hər birinin mənfi və müsbət cəhətləri mövcuddur. Amma, görünən odur ki, sosializm işləyə bilməsə də kapitalizm hələ də varlığını qoruyub saxlayır. Ancaq bunu unutmamalıyıq ki, sosializmdə iqtisadiyyat məlum bir mərkəzi planla idarə olunurdusa, kapitalizmdə bu məzkəz naməlum mənbələrin məqsədinə qulluq edir.  Qısacası kapitalizm azad yaşamaq, öz əməyinin payını almaq, məhsuldar işləmək adına ideal sistem olsa da bu sistemin ən böyük və gözardı edilməməsi gərəkən yanı cəmiyyətin kimliyini pozması, mədəniyyətləri məhv etməsi və dünyada vahid, bir əl hərəkəti ilə idarə ediləcək gənclik formalaşdırmasıdır.

Elgün ORUCLU

 
biz.