Sosial düşüncə,
liberal kapitalist sistemdəki axsaqlıqlara bir cavab ya da qarşı müdaxilə
olaraq ortaya çıxmışdır. Bu düşüncəni elmi şəkildə ilk dəfə Karl Marx
(1818-1883) oataya qoymuşdur. O İngiltərə və Fransadakı liberal kapitalizm
sistemindəki hədsiz mülkiyyətə sahib olma haqqını misal gətirərək bu sistemin cəmiyyət
və insanlar arasında ədalətsizliklərə yol açdığını dilə gətirmişdir. O mülk
sahiblərinin günü gündən daha da sərvətlərinə sərvət qatdığını və işçilərin isə
səfalət içində bir parça çörək üçün işlədiyinə diqqəti çəkmişdir. Karl Marx
“Kommunist Monifesto” adlı əsərində kapitalist sisteminin mütləq çökəcəyini və
yerini sosialist sisteminin alacağını bildirmişdir.
Bəs sosializm sistemi cəmiyyət
arasında bərabərliyi təmin etmək üçün nə şəkildə bir yanaşma izləyirdi. ?
İstehsal vasitələri və istehsal
prosesində istifadə edilən digər şeylər kiməsə ya da az sayda sahibkara deyil,
bütöv bir cəmiyyətə aid idi.
Kapitalist sistemdə hərkəs öz
yararı üçün mübarizə apardığından iqtisadiyyatda ortaya çıxan problemlər özü
özlüyündən “bazar mexanizimləri” köməyi ilə , sosializim sistemində isə mərkəzi
idarəçilik tərəfindən “mərkəzi planlama” yolu ilə ortadan qaldırılacaqdı.
Dövlət hər kəsi işlə təmin edəcəkdi. Istehsalda artıq məhsul istehsal olunmayacaq və
hər kəs bir birinə bənzər şeylər alacaqdı. Cəmiyyət arasında ayrı seçkilik
olmayacaqdı. Mülkiyyət paylaşımında mübarizə olmayacaq, torpaq,sərmayə dövlətə
aid olacağından ayrı ayrı fərdlər faiz,kirayə kimi gəlilər əldə etməyəcəkdi.
Bu sistemin səciyyəvi xüsusiyyəti
olan bu özəlliklər təbii ki, başlıca olaraq cəmiyyətdəki bərabrsizlikləri ortadan
qaldırmaq üçün ilk baxışda kapitalizm sisteminə görə daha yararlı olcağını söyləmək
mümkündür. Amma, bu heç də bu qədər asan deyildir. Yəni, zamanla dövlətin böyüməsi
mərkəzdən idarəçilik adına bir sıra çətinliklər yaratmaqdadır. Çünki, dövlət
bazar haqqında kifaət qədər məlumata malik deyil və o nəyin nə qədər istehsal
ediləcəyinə doğru qərar verəbilməyəcəkdir. Ortaya çıxabiləcək başlıca çətinliklərdən
biri də, qaynaqların israfı və işgücünün tam məhsuldarlığı ilə fəaliyyət göstərməməsi,
gizli işsizliklərin ortaya çıxması, əməyin düzgün dəyərləndirilməməsidir. Elə məhz
bu xüsusiyyətlərdən doğan çətinliklər sosializm sisteminin sonunu gəirmişdir.
Amma, nəzərə almaq lazımdır ki,
kapitalizm sistemindəki daha az dövlət müdaxiləsi, gücsüz dövlət anlamına gəlməmlidir.
Bəs kapitalizm sistemi cəmiyyəti
ya da cəmiyyətlərə necə müdaxilə edir. ? Kapitalizm sistemindəki daha güclü dövlət,
kapitalizm adı altında əksər mentalitetləri
ələ keçirən, idarə edən dünya hegemon qruplaşmaları qarşısında nə qədər
güclüdür. ?
Sosializmin günümüz insanları üçün
ən kabuslu gələn tərəfi məhsul çeşitliliyinin olmamasıdır. Həyatı boyu 300 ə
yaxın geyim dəyişdirən insan üçün əlbəttə bu xeyli cansıxıcı olacaqdır.
Çoxumuz, hətta hər birimiz illərlə eyni geyimi geyinməyə etiraz edəcəyik, ya da
hər kəsin eyni geyinməsinə, eyni yeməkləri yeməsinə və qısası eyni şeyləri
istehlak etməsinə qarşı çıxacağıq. Amma, əksərimiz kapitalizmin quluna çevrilərək
hər gün “Macdonald s” da kartof qurusu yeyərək “Cola” içməkdən nədənsə
heç bezmir ya da bu oyun bizi bunları dərk edərək dərin düşündürəcək qədər boş
buraxmır. O, bizə bu sabit menünü yaxşı yaşam tərzi ilə pərdələyərək təklif
edir.
Köhnə kəndə
təzə adət....
Bəs nə oldu ki, 2012 ci ildən
sonra “selfie”(öz çəkim) kəliməsinin istifadəsi 17 min faiz artdı və selfie çəkilişləri
digər şəkil çəkilişlərinin yerini aldı. Digər tərəfdən “selfie” kəliməsi Oxfor
dun rəsmi lüğətinə də əlavə edildi. Statistikaya görə 18-34 yaş aralığındakı şəxslərin
40 % i həftədə ən az bir dəfə selfie müraciət edir.
Bəs görəsən hər kəsin bir anda sadə
telefonlarını tərk edib ağıllı mobil telefonlara axın etməsinin səbəbini nədə
axtarmalıyıq. ?
Bəs əksər insanın mənasını belə bilmədən şəkillərdə sülh anlamını verən qoşa
barmaq işarəsinə müraciət etməsinə təsir edən güc hardan gəlir. ? Ya da
daha doğrusu bu güc kimdədir. ? Yaxşı düşünək. Fərqli məhsullar istehsal edib azad
seçim şansı verən kapitalizmin ədaləti bu qədərdir..? Sosializm
bir çeşid məhsul istehsal edərək onu hər kəsin seçiminə buraxırdıra, kapitalizm
öz oyunları ilə istehsal etdiyi çox sayıda məhsuldan istədiyini bizi onun aludəçisinə
çevirərək zorla satır. Bu gün hansı müasir gənc yeniliyi qaçırmaq istəyər ki ? Ya da kapitalizm ona elə bir şans verər ki. ? Qısacası kapitalizm öz
maraqlarını ya da güclü anti mentalitet qüvvələrin maraqlarını bizə öz pulumuz
qarşılığında zorla satır...
Ağa deyir sür dərəyə, sür dərəyə. ..
Nəticə olaraq deyə bilərik ki, bir məhsulun az sayda çeşidini istehsal edən
sosializim, eyni məhsulun xeyli sayda çeşidini bazara çıxaran kapitalizm
sistemindən daha ədaləlidir. Çünki acımasız kapitalizm, süni istəkdən
yaradılmış selfi çubuğunu hər kəs üçün gərəkli olan kitabdan daha istəkli hala
gətirməyi bacara bilir. O bizə bizim zövqümüz kimi görünən məhsulları uzun illər
işləyib hazırlayaraq, beyinlərimizə yeridərək bir gün öz marağına uyğun şəkildə satır. Amma, əslində
o selfi çubuğu kimi gərəksiz icadlar bizim həyatımızda heç bir önəmə sahib
deyil. Ancaq, bütün bunlar təbii ki, başda güclü dövlətlər olmaq şərti ilə
hegemon anti mentalitet quuplaşmaların nə qədər güclü olduğunu sübut edir. Artıq
dünya kapitalizmin oyunları ilə “əl meymunu” na çevrilir.
Bütün bunlarla bərabər kapitalizmin və sosializmin hər birinin mənfi və
müsbət cəhətləri mövcuddur. Amma, görünən odur ki, sosializm işləyə bilməsə də
kapitalizm hələ də varlığını qoruyub saxlayır. Ancaq bunu unutmamalıyıq ki,
sosializmdə iqtisadiyyat məlum bir mərkəzi planla idarə olunurdusa, kapitalizmdə
bu məzkəz naməlum mənbələrin məqsədinə qulluq edir. Qısacası kapitalizm azad yaşamaq, öz əməyinin
payını almaq, məhsuldar işləmək adına ideal sistem olsa da bu sistemin ən böyük
və gözardı edilməməsi gərəkən yanı cəmiyyətin kimliyini pozması, mədəniyyətləri
məhv etməsi və dünyada vahid, bir əl hərəkəti ilə idarə ediləcək gənclik formalaşdırmasıdır.
Elgün ORUCLU


0 comments:
Yorum Gönder