1. Təhsil səviyyəsinin aşağı olması hava kirliliyini artırır. Təhsil səviyyəsinin aşağı olması və ya təhsilsiz insanların sayının normadan artıq olması ya da ki, insanlar üçün uyğun iş yerinin təminində ölkədə çatışmazlıqlar olduqda, onlar müvəqqəti gəlir əldə edəcəkləri böyük yatırım ehtiyacı yaratmayan sahələrə yönəlirlər. Məsələn, buna misal olaraq ölkəmizdə sürətlə çoxalan taksi biznesini göstərə bilərik. Taksilərin sayının həddən artıq olması isə, ilk növbədə rəqabəti artırır və qiyməti düşürür. Taksi sürücüsü isə, ona lazım olan gəliri əldə edtmək üçün daha çox sərnişin qəbul etməyə məcbur qalır. Qiymətlərin düşməsi isə, daha çox insanı ictimai nəqliyyatdan taksi istifadəsinə yönləndirir. Nəticədə, ölkədə ixtisaslaşmış kadr çatışmazlığı və ya təhsildəki yetərsizlik gəncləri peşə sahibi olmaqdan və ya hər hansı sahədə ixtisaslaşmaqdan taksi sürücüsü olmağa yönləndirir. Daha çox taksi istifadəsi isə, daha çox yanacaq istifadəsi və hava kirliliyinə yol açır.
2. Nağdsız ödənişlərin artması kükürdə olan tələbi azaldır. Bildiyimiz kimi nağdsız ödənişlər hər birimizi bir sıra çətinliklərdən azad edib. Məsələn, növbə gözləmək, çirkli pula toxunmaq, pul itirmək, portmanat gəzdirmək v.s. Amma, nağdsız ödənişlərin artması eyni zamanda bazarlıq edərkən kassada qalan 1-5 qəpiklərin də aqibətinə aydınlıq gətirib. İllərdir kassada qalan qəpiklər üçün sizə kibrik təklif edildiyini unutmamısınız yəqin ki. Artıq bu halla daha az rastlaşırıq. Çünki, artıq nağdsız əməliyyatlarla 1-5 qəpik mübahisəsi ortadan qalxıb. Bu isə, öz növbəsində kassada ehtiyatda saxlanılan kibritə tələbi azaldıb. Kibritə tələbin azalması isə, kibritin istifadəsində istifadə olunan kükürdə ehtiyacı düşürüb. İlk baxışda biri-biri ilə əlaqəli görünməsə də, bu bir reallıqdır.
3. Şəkil 1. Pandemiyadan sonra yeni həyat tərzinə keçidin demoqrafiq statistikaya təsiri. (Azərbaycan)
4. Xidmət sektorunun inkişafı dırnaq boyası satışını artırır. Azərbaycanda
son 5-6 ildə xidmət sektorundakı yüksəliş danılmazdır. Hər tərəfdə restoranlar,
kofe shoplar və yeməkxanalar, meyhanələr diqqət çəkir. İnsanlara hazır yeməyin
ödəniş qarşılığında təklif olunması bütün dünyada olduğu kimi bizdə də rəğbətlə
qarşılanır. Xüsusi ilə xanımları evdə kartof soymaq, soğan doğramaq və göyərti
təmizləməkdən azad edən bu məşğuliyyət onlara dırnaqlarını davamlı formada
saxlamasına imkan verir. Nəticədə dırnaq qulluğu artdıqca dırnaq boyasına da tələb
yüksəlmişdir.
5. Pozanın icad olunması insanların ömrünü uzadıb. Səhvlərin silinməsi və ya bağışlanması gözəl hissdir. Ağacların tələf olunmasının azalması da ən az onun qədər müsbət haldır. Pozanın icad olunması əllə yazı yazılarkən edilmiş hər hansı bir səhvdən dolayı bütün bir vərəqin atılmasının qarşısını almışdır. Nəticədə dünya üzərində xeyli miqdarda vərəq qənaəti edilir və bu meşələrin daha az tələf olmasına gətirib çıxarır. Daha çox yaşıllıq isə, insan ömrü üçün vacib olduğundan deyə bilərik ki, pozanın icadı az da olsa daha uzun yaşamağımıza səbə olur.
6. Dini bayramlar bölgələri inkişaf etdirir. Bildiyimiz kimi, kafe, restoran və xüsusi ilə də şadlıq sarayları sektorunda “ofsiant” kimi işləyənlərin əksəriyyəti az təminatlı şəxslər və ya tələbələrdir. Dini bayramlar zamanı bu sektorda durğunluğun yaşanması qaçılmazdır. Məsələn, ramazan ayı müddətində bu sektorda ciddi durğunluq müşahidə olunur. Nəticədə gəlirsiz qalan az təminatlı şəxslər və ya tələbələr həyatın daha bahalı olduğu Bakıdan doğma bölgələrinə üz tutrlar. Sonradan onları bir hissəsi geri qayıtsa da, bir qismi isə geri dönməyə bilirlər. Bu prosesin özü bölgələrə kütləvi geridönüşlərin olduğu həmin ayda bölkələrdə hiss olunmağa başlayır. Həmin şəxslər bölgədə hansısa əkinlə məşğul olur və ya bir iş qurmağa çalışır, ya da bölgədəki marketdən alış-veriş etdiyi üçün oradakı sahibkara qazanc verir.
7. Mafia filmləri kişilərin daha az güzgüyə baxmasına səbəb olur. Son 15 ilin trendlərindən olan mafia filimlərini yəqin ki, hər biriniz xatırlayırsınız. Bu tərz filimlərdə rəğbət göstərilən xarakterlər təbliğ olunduğundan, xüsusi ilə gənc oğlanların bu tərz filimlərdən təsirə düşmə faizi olduqca yüksəkdir. Mafia filmlərində adətən qara, səliqəli geyimlər və üzün saqqallı olması demək olar ki, şablonlaşmış görüntüdür. Nəticədə bu filmlərin təsiri altında saqqal saxlamaq kütləvi hal almağa başlayır. Kişilərin bir hissəsinin güzgü qarşısına adətən təraş olunmaq üçün keçdiyini nəzərə aldıqda yəqin ki, yuxarıdakı başlıqla siz də razılaşmış olursunuz.
Qeyd edilmiş bu dolaylı və heç ağlımıza gəlməyəcək
təsirlərin sayını yetəri qədər uzatmaq mümkündür. Əsas odur ki, hansı təsirə məruz
qaldığımızdan xəbərimiz olsun.
Elgün Oruclu.


0 comments:
Yorum Gönder