24 Haziran 2015

ÖRÜMÇƏK TORU (COBWEB) Teoremi. Azərbaycan Timsalında

Bəzi mallarda, xüsusi ilə də kənd təsərrüfatı məhsullarında, yəni yetişdərləməsi zaman alan, ya da təklifin tələb dəyişmələrinə elastiqiyyətinin uzun dönəmdə keçərli olduğu məhsullarda İqtisadiyyatda “ÖRÜMÇƏK TORU” (COBWEB) teoremi deyilən vəziyyət ortaya çıxmaqdadır. Bu məhsullarda tələbdəki ani dəyişimlərə təklif qısa zaman dilimində cavab verəbilmədiyindən bir gecikmə ortaya çıxır ki, bu da örümçək torunu xatırladan bir seyr ortaya çıxarmaqdadır. Yəni, deyək ki, ani olaraq kənd təsərrüfatı məhsulu olan üzümə tələb yüksəlmişdir (mövsümlə əlaqədar). Nəticədə kəndçilərin əkdikləri məhsul sayısı məhdud olduğundan onlar keçən ilin tələbinə yaxın məhsuldarlığı nəzərə aldıqlarından, təklif tələbi qarşılamayacaqdır və qiymətlər yüksələcəkdir. Qiymətlərin yüksəldiyini görən kəndçilər üzümün daha gəlirli sahə olduğunu düşünərək gələn il plantasiyalarında üzümə daha geniş yer ayıracaqlar. Nəticədə isə bu zaman da bolluq yaranacaq və bu dəfə də üzümün qiyməti enəcəkdir. Bhsetdiyimiz bu iqtisadi hadisə 1938 ci ildə Ezekiel tərəfindən “COBWEB” teoremi olaraq bir məqalədə yayınlanmıçdır. Ezekielə görə bu aşağıdakı xüsusiyyətləri daşıyan məhsullarda ortaya çıxacaqdır.

       Tam rəqabət şərtləri daxilində, istehsalın qiymətdən böyük ölçüdə təsirləndiyi məhsullarda.
        İstehsal həcminin dəyişdirilməsi üçün gərəkən zamanın bir il kimi bir zaman dilimi olması.
        İstehsal həcminin dövlət müdaxiləsi ya da monopol güclər tərəfindən müəyyən edilmədiyi məhsullarda.

Ekonomistlər tərəfindən müəyyən edilmiş bu iqtisadi hadisə eyni zamanda 3 şəkildə ortaya çıxacaqdır. Bu 3 vəziyyət arasındakı başlıca fərq sözüedilən tələb və təklif əyrilərinin elastikiyyətindən aslıdır. Əgər təklif tələbə nisbətən dəyişkən deyilsə bu istiqrarlı (azalan dalğalanma), tələb və təklifin elasikiyyəti eyni isə bu təsirsiz, (davamlı dalğalanma) və təklif tələbə görə daha elastikdirsə, yani dəyişkəndirsə, istiqrarsız (artan dalğalanma) ortaya çıxacaqdır.

Azalan dalğalanma. Yenə də örnək olaraq aldığımız məhsul üzüm olsun. Fərz edək ki, hər hansı bir gəlir artışından dolayı həyat səviyyəsi artmışdır və ələb də yüksələrək sağa doğru sürüşmüşdür. Əgər təklif miqdarı tələb artışını tez bir zamanda qarşılayabiləcık gücdə olsaydıdalğalanma olmayacaqdı. Amma, dediyimiz kimi bu tənd təsərrüfatı məhsullarında heç də real deyildir.


İlk olaraq qiymətin P1 nöqtəsində olduğunu qəbul edək. Bu qiymət səviyyəsində OQ1 qədər tələb və OQ2 qədərsə təklif vardır. Yəni, bazarda təklif artıqlığı (OQ2-OQ1 qədər) vardır və qiymətlər P2 səviyyəsinə düşəcəkdir. Bir sonrakı ildə kəndçilər bu sahənin qiymətinin enməsindən dolayı daha az əkəcəklər və bu zaman da təklif miqdarı OQ3 ə enəcəkdir. Amma qiymətlərin düşməsindən dolayı bu məhsula tələb yüksələcəkdir və bu dəfə də tələb miqdarı artaraq OQ2 olacaqdır. Nəticədə OQ2-OQ3 qədər tələb artıqlığı ortaya çıxacaq. Tələb artıqlığı bu dəfə də qiymətləri P3 ə yüksəldəcəkdir və b dəfə də təklif miqdarı OQ4 ə yüksəlirkən, tələb də OQ3 ə enəcəkdir. Sonra bu təklif artıqlığı qiymətləri yenə də aşağı salacaq və fərz edək ki, bu qiymət son qiymət səviyyəsi olacaqdı. Yəni, bir neçə dönəmdən sonra nəhaət üzüm qiymətləri P4 də tarazlığa gələcəkdir.

Artan dalğalanma. Əgər tələb düz xəttinin yatıqlığı təklif düz xəttinin yatıqlığından daha az isə bu zaman qiymət heç cürə tarazlığa gəlməyəcəkdir və gedərək dalağalanma daha da artacaqdır. Şəkildəki ilk dönəmdə P1 qiymət səviyyəsinə qarşı, OQ1 qədər tələb və OQ2 qədər təklif vardır.
Təklifin tələbdən artıq olması qiymətləri aşağı salacaqdır (P2). Nəticədə təklif miqdarı OQ3 ə düşərkən, tələb isə OQ2 ə yüksələcəkdir. Tələb artıqlığı bu dəfə isə qiymətləri artıracaqdır və P3 qiymət səviyyəsində tələb miqdarı OQ3 olarkən, təklif miqdarı da OQ4 ə yüksələcəkdir. Nəticədə bu belə davam edəcəkdir və qiymətlərin əvvəlki tarazlıq vəziyyətinə qayıtması mümkün olmayacaqdır. Yəni, şəkildən də göründüyü kimi qiymət səviyyəsi hə dönəm bir az da tarazlıq səviyyəsindən uzaqlaşmaqdadır.

Davamlı dalğalanma. Burada tələb və təklifin elastikiyyəti, yəni dəyişimlərə reaksiyaları eyni olacağından dolayı dalğalanmalar bərabər şiddətdə davam edəcəkdir. Şəkildən də görüləcəyi kimi, P1 qiymətlər səviyyəsində OQ1 qədər tələb və OQ2 qədər təklif vardır.
Təklif artıqlığı qiymətləri P2 yə salarkən bu dəfə də qarşımıza OQ1 qədər təklif və OQ2 qədər tələb çıxacaqdır. Daha sonra yenidən qiymətlər P1 ə yüksələcəkdir və yenə də bazar vəziyyəti bir öncəki tarazlığına geri qayıdacaqdır.

Bu vəziyyət Azrəbaycan kənd təsərrüfatı bazarı üçün yaşana bilərmi ?

Bildiyimiz kimi, Azərbaycanda 2015 birinci gənclər arasında yay olimpiya oyunları ilə əlaqədar olaraq paytaxta bölgələrdən axının qarşısı alınmağa,ya da azaldılmağa çalışılmışdır. Bu isə nəticədə böyük istehlak tələbə sahib olan paytaxt Bakıya bölgələrdən kənd təsərrüfatı məhsulları gətirilməsini bir qədər azaltmışdır. Nəticədə bu təklifin azalmasına və dolayı yollada qiymətlərin yüksəlməsinə səbəb olabiləcəkdir. Yəni, bütün bunlar “COBWEB” teoremini nəzərə alsaq gələn yay məhsuldarlığın yüksək olacağını ortaya çıxarmaqdadır. Yəni, qiymətlərin yüksəldiyini görən kəndçi gələn il daha böyük sahəni kirayələyrək daha çox yay mövsümünə uyğun məhsullara yer ayıracaqdır. Nəticədə gələn yay bolluq və qiymətlərin aşağı olacağına inanmaq o qədər də çətin deyil. Bu bolluq xarici bazarlara yönləndiriləcəyi təqdirdə isə “COBWEB” teoremi işləməyəcəkdir və bundan yalnızca toplumun müəyyən hissəsi yaxşı mənada faydalanabiləcəkdir. Məncə bu variant heç də qeyri real deyil. Çünki, son zamanlarada devalüvasiya nəticəsində manatın dəyər itirməsi və bir də qiymətlərin düşməsi kənd təsərrüfatı məhsullarında xarici ticarəti canlandıra bilər. “COBWEB” teoreminin işləməz hala gəlməsinin bir digər ehtimalı da bəzi monotol güclərin paytaxta girəbilməyən kənd təsərrüfatı məhsullarını kəndçilərdən çox ucuz qiymətə alaraq daha yüksək qiymətdən satması nəticəsində ortaya çıxa bilər. Nəticədə kəndçi qiymətlərin yüksəldiyini hiss etmətəcəkdir. Hətta monopol güclərin bazarda rəqabət əksikliyində dolayı kəndçilərə daha az qiymət təklif etməsi onları paytaxtdakı yüksək qiymətlərə rəğmən gələcək dönəm daha az sahədə məhsul əkməyə vadar edəcəkdir. Bu isə gələcək ildə qiymətləri  daha da yüksəldəcəkdir.


Elgün ORUCLU

21 Haziran 2015

2007 - 2008 DÜNYA BÖHRANININ ƏSAS SƏBƏBLƏRİ və İFLASLAR (MORTGAGE KRİZİ)

Mortgage kredit sistemi uzun illərdir ABŞ da istifadə olunan və 20-30 illiyə ödəməklə ev sahibi olma imkanı verən bir ev krediti idi. Bu kreditin verilməsində demək olar nəzarət azaldılmışdı və krediti hər kəs əldə edəbilirdi. Bu kreditin əldə edilməsindəyaradılmış tək çətinlik kredit keçmişi pis olanlara yüksək faizli kreditin verilmisi idi. 2001 ci ildi ABŞ da baş vermiş internet böhranı texnalogiya sistemində bir sıra iflaslara səbəb oldu ki, vəziyyətdən çıxış yolu olaraq ‘FED’ faizləri 7 dən 1 ə qədər endirdi. Məqsəd iqtisadiyyatda canlanma yaratmaq idi.

            2001 ci ildəinternet şoku nəticəsindəfaizlərin aşağı çəkilməsi 2008 ci ildəbir başqa sektorda sonradan kürəsəl börana səbəb olacaq şəkildə ortaya çıxdı. Belə ki, faizlərin ‘FED’ tərəfindən aşağı çəkilməsi yatırım, xüsusi ilə də daşınmaz əmlak sektoru ilə ilaqili yatırım bazarını canlandırdı. Daşınmaz əmlakda dumadan artan qiymit trendi əhalini Mortgage kreditinə daha da istikli hala gətirdi. Çüki əhali ən pis halda artan qiymət nəticəsindəgirov qoyduqları evləri sataraq borclarını ödəyəcəklərini və hətta qazanclı çıxacaqlarını düşünürdülər. Amma gözlənilənlərin əksinə bir müddət sonra Mortgage kreditinin faizi yüksəldildi və nəticidə daşınmaz əmlak bazarında 2004 cü ildə öncə durğunluq, daha sonra isə2006 ilindən etibarən qiymətlərdədüşüş yaşanmağa başladı. Nəticədə kredit borcunu ödəyə bilməyən əhalinin girovları kredit quruluşları tərəfindən müsadirə edildi. Amma artıq kredit quruluşları 5 il əvvəl 200.000 dollara dəyərləndirdiyi girovda ən az 40.000 dolar zərər etmişdi. Digər tərəfdən  tez bir zamanda müşdərilərinin borcunu bağlamağa çalışan quruluşlar girovları dəyər dəyməzinəbazara çıxarınca qiymətlər daha da düşdü. Başqa bir tərəfdən də bankların evləri sattığı maliyyi quruluşları da gedərək daha da zərərə düşdülər. Nəticidə iqtisadi durğunluğun yıxılan domino təsiri otaya çıxınca böhran Avropaya da yayıldı.
            Mortgage maliyyə böhranından ən çox təsirlənən qitələr Amerika və Avropadır. Bunun bir səbəbi bu qitələrin əsas sərmayə və maliyyə mənbələri olması, ortaya çıxacaq böhrandan ya da iqtisadi daralmadan istehsalını azaldabiləcəyi çox sayıda ‘Lüks Eticay Malları’ istehsalına sahib olmalarıdır ki, bu da reallaşınca ÜDM və ÜDMM da azalmalar böyümə faizlərinə də mənfi təsir etdi. Eyni zamanda bu ölkələr həm biri biriləri ilə həm də digər qitə ölkələri ilə də geniş xarici ticarətə sahidirlər. Digir tərəfdin də Amerika və Avropa əhalisi elit yaşam tərzinə alışıqdır ki, bu da iqtisadi daralmanın tez bir zamanda əhali arasında ‘pisixoloji panika’ yaratmasına və krizin ilk mərhələdə pisikolojik olaraq ortaya çıxmasına əlverişli səbəb yaratdı. Daha sonra bu təsir yavaş yavaş real həyatda əks olunmağa başladı.

            Bu böhrandan ən az təsirlənən isə Afrika qitəsidir. Bunun baçlıca səbəbləri isə yuxarıda saydığımız bəzi səbəblərib bu qitədə olmamasıdır. Yəni Afrika qitəsi daha çox yerli qaynaqları istifadə edərək istehsalı həyata keçirdiyindən, dünyanın geri qalan qisminə ixrac edəcək o qədər də böyük xarici ticarətə sahib olmadığından, ya da istehsal edilən məhsulların təməl etiyac maddələri olmasından dolayı bu böhrandan daha az təsir almışdır. Digər tərəfdən Afrika əhalisi kürəsəl böhranın həyat standartlarını aşağı salmasının pisikolojik əndişəsini yaşamamışdır. Nəticədə böhran Afrikanı pisikolojik olaraq məhv edəbilməmişdir.

Bu böhranda iflas etmiş ən böyük quruluşlar isə, Lehman Brothers 691.000.000.000 dollar, Washington Mutual 327.900.000.000 dolar,  CİT 71.000.000.000 dollar, Chrusyler LLC 39.000.000.000 dollar, General Motors 91.000.000.000 dollar, Thorunburg Mortgage 36.500.000.000 dollar olmuşdur.

Elgün ORUCLU

19 Haziran 2015

Bir Anglosakson Hadisəsi (Gəlir Uçrumları)

Günümüzdə iqtisadi fəaliyyətlərin yol aşmış olduğu iqtisadi bərəbərsizliklər hər keşən gün ekonomik fərdlər arasında gəlir baxımından uçurum yaradacaq qədər böyüməyə davam etməkdədir. Bu başlıca olaraq kapitalizmin hədsiz sərvətə sahib olmada yaratdığı sərbəstliklərdən ya da gəlirlərin qaynağının araşdırılmaması kimi səbəblərdən ortaya çıxmış olsa da bu fərqliliyin yaranmasının əsas səbəbi  kapitalizm dilindən desək bacarıqdır. Bəzi mənbələr insanlar arasındakı böyük gəlir fərqliliyini onların sahib olduqları təhsil, bilik səviyyələrindəki çeşitliliklərdən qaynaqlandığını əsas gətirirlər.
1970 ci illərdən, xüsusi ilə də son zamanlarda gəlir bərabərsizlikləri arasındakı uçrum daha da artmışdır. İqisadi ədəbiyyatlarda “ANGLOSAKSON HADİSƏSİ” kimi adlandırılan bu hadisələr rəqəmsal olaraq çox şeyi ortaya qoymaqdadır. 1970 ci illərdən sonra Anglosakson və ABŞ ölkələrində gəlir bərabərsizliyi sürətlə artmağa başlamışdır. Daha doğrusu ən yüksək gəlirə sahib 10% luq hissənin payı daha da artmış və bununla bərabər 10% luq qismin üstündə yer alan 1% lik hissənin gəlirlərindəki sıçrama daha da güclü və uçum yaradacaq qədər böyük olmuşur. Məsələn, 1970 ci illərdə Anglosakson ölkələrində 1% lik hissənin milli gəlirdən  aldığı pay 6 – 7 % ikən, ABŞ da bu da rəqəm hətta 9% olmuşdur. Amma, 40 il sonra, yəni 2010 cu ilə baxdıqda vəziyyətin daha da acınacaqlı olduğu otaya çıxar. Belə ki, ən üst 1% lik gəlirə sahib şəxslərin gəliri gəlirləri 2010 cu ildə milli gəlirin ABŞ 20% i, Kanadada və İngiltərədə 15% i, Avstraliyada 10% i, Almaniyada 9% i olmuşdur. Yani nəticəyə baxdığımızda son illərdə bərabərsizliklərin daha da artdığı və ən yüksək 1% lik gəlirə sahib şəxslərin aşıq aşikar sərvətlrinə sərvət qadıqları görülməkdədir.

         İqtisadçıların bir qismi bunu insanlar arasındakı bilgi ya da təhsil fərqliliyində görür. Amma, əslinə baxanda bunun heç də belə olmadığı ortaya çıxmaqdadır. Yani, ABŞ dakı ən yüksək gəlirli 10% luq  hissənin təhsil vəziyyətinə baxdıqda onların hamısının hardasa eyni təhsil mərhələlərindən keçdiyi və aralarında o qədər də təhsil fərqinin olmadığı ortaya çıxır. Amma təbii ki, bu 10% luq hissə arasında da uçurum böyükdür. Yəni, bu 10% luq hissə içində və ən üstdə yer alan 1% lik qismin gəlirləri daha böyükdür. Nəticə isə əslində ən azından ABŞ daki gəlir bərabərsizliyinin təhsil səviyəsindən aslı olmadığını ortaya qoyar. Bu bərabərsizliyin başlıca səbəbi isə Amerikan toplumunun bəzi şəxsləri ya da üst sıralarda ye almış olan idarəçini “ Qazanan” elan etməsindən ortaya çıxmaqdadır. Bir sözlə özlrinə aid səciyyəvi xüsusiyyətləri olan bu şəxslərin bacarıqları diqqətə alınar və seçilmiş kimi görünən bu şəxslərə həddindən artıq maaşlar təklif edilər. Bu isə şirkətin gəlirlərinin ya da satışlarının xarici səbəblərdən, yani şirkət daxili olmayan səbəblərdən dolayı artdığında müşahidə ediləcəkdir.  CEO adlandırılan bu fərdlərin maaşlarının şişirdilmiş şəkildə sürətlə artması günümüzdəki  10% - 90% ayrımının başlıca səbəbidir. Nəticə olaraq deyə bilərik ki, Amerikadakı gəlir fərqliliklərindən yaranmış uçrumun əsas səbəbi təhsil səviyyəsindəki qeyribərabərliklərdə axtarılmamalıdır.  


Elgün ORUCLU

15 Haziran 2015

Feminizm

Çağdaş mənada bir fəlsəfə ya da bir hərakat olan Feminizmin tarixi kökü, qadının təhsil alma haqqını və xüsusi ilə də cinsiyyət bərabərliyini müdafiə edən  Lady Mary Worley Montagu və Marquis de Condorcet kimi azad düşüncələrin də içində yer aldığı aydınlanma dönəminə qədər uzanmaqdadır. Bu mənada qadınlar üçün ilk toplu şəkildə elmi birləşmə Hollandiyada (Middelburg) 1785 ili tarixində olmuşdur. İngilis qadın yazıçı,  Mary Wollstonecraft feminist olaraq adlandırılabiləcəyımız ‘A Vindication of the Rights of Woman’ (Qadın Haqlarının Müdafiəsi) adlı əsəri bu səpkidə ilk yazılardandır. Daha sonrakı zamanlarda qadınlara ədalətsiz davranıldığına dair inanc artdıqca Feminizm bir hərakat halına gəlmişdir. Hərakata ‘Feminisme’ adını verən şəxs sosyalist Charles Fourierdir (1837).  

Qadın haqları ilə əlaqəli ilk toplantı isə  New York, Seneca Falls da 1848 ci ildə baş tutmuşdur. 1869 cu ildə isə bu sahədə böyük səs salmış  John Stuart Millin ‘The Subjection of Women’ (Qadınların Kölələşdirilməsi) kitabı işıq üzü görmüşdür. Bəhs edilən kitabda Mill ‘bir cinsin digər cinsinin üzərındəki hakimiyyətinin yanlış və insanlığın inkişafının önündəki ən böyük əngəl olduğu’nu dilə gətirmişdir.

  18 ci yüz ildə isə bir başqa yazar, Fransız yazar,  Gouges İnsan Haqları olaraq görünən “Kişi Haqlarının on yeddi maddəsinin qadınlara da şamil edilməsini önə sürmüşdür. O eyni zamanda “Egər qadının edama məhkum olma haqqı varsa, tribunadan izləmə haqqı da olmalıdır”  demişdir.
       
  19 cu yüz illik isə daha çox Feminist Dalğalarla yadda qalmışdır. Belə ki Avropa, ABŞ və Avstraliyada feminizm və xüsusi ilə də qadın haqları ilə əlaqəli etiraz dalğaları artmışdır. Bu etirazlara səbəb olan amillər isə, qadınların da kişilər kimi geniş siyasi haqlara sahib olma, eyni iş üçün kişilərlə bərabər maaş alma və qadınların da sərbəst olaraq universitetlərdə təhsil alma istəklərindən ortaya çıxmışdır. Bu etirazlar bir çox ölkədə istənilən nəticələri verdi. Almaniya və SSR də 1917 - 1918 illərində qadınlara seçim haqqı verildi. Daha sonra isə Amerikada və Böyük Britaniyada qadınların şücaətinə görə bu haqlar onlara hədiyyə edildi. Fransa, İtaliya kimi bəzi avropa ölkələrində isə bu bir az gec, yani ikinci dünya müharibəsindən sonra verilmişdir. Azərbaycan isə Şərqdə qadınlara ilk olaraq seçmə haqqını verən ölkədir.


 Bu və bənzəri durumlar ya da etiraz dalğaları qadınların iş həyatına qatılmalarını artırsa da tarixdəki bəzi hadisələr vəziyyəti yenidən dəyişdirmişdir. Bunlardan biri 1929 dünya iqtisadi böhranı olmuşdur ki, bu böhran sonrasında ilk işdən çıxarılan qruplar qadınlar olmuşdur. Diğər tərəfdən də Alman faşizmi dövründə də qadınların təhsil alması və iş həyatına qatılmaları çərçivələndirilmişdir. Bir başqa vəziyyət isə ikinci dünya müharibəsi dövrü idi ki, bu dövürdə kişilərin müharibəyə getməsindən dolayı qadınlara iş həyatında təlabat artsa da bu yalnızca müharibə bitənədək belə olmuşdur. Daha sonra qadınlar yenə də “qadın və ana olma” vəzifələrinə geri qayıtmışlar.

Günümüzdə Feminizim Ekofeminizm, Seksfeminizm, İslamçı Feminizm, Marksist Feminizm, Fransız Feminizm, Radikal Feminizm, Sosyalist Feminizm, Pop Feminizm kimi bir sıra alt başlıqlara da ayılmaqdadır.  

Statistik məlumatlar günümüzdədə ölkələrdən aslı olmayaraq iş hyatında qadınların eyni iş üçün kişilərdən daha az maaş aldığını ortaya qoymaqdadır.


Elgün ORUCLU

05 Haziran 2015

ÖNƏMSİZ OLMANIN ÖNƏMİ

İqtisadiyyatda zəif ya da kiçik olmaq hər zaman daha az gəlir əldə etmək anlamını ifadə etməz. Yəni, bəzən içində olunmuş olan vəziyyətdən aslı olaraq zəif ya da daha kiçik iqtisadiyyata sahib olmaq qazanc da gətirə bilər. Bəzən də bu gəlir, güclü, hətta inkişaf etmiş ölkələrin gəlirlərindən də çox olacaqdır. Buna iqtisadiyyatda “ÖNƏMSİZ OLMAĞIN ÖNƏMİ” deyilir. Bəs bu necə baş verir.?


         Beynəlxanq iqtisadiyyatdakı ( dünya bazarı) məhsulların qiymətləri böyük ixracatçı ya da güclü iqtisadiyyata sahib ölkələrin daxili bazar qiymətlərinə yaxın şəkildə müəyyən edilir.  Yəni, dünya bazarında böyük ixracata sahib bir ölkənin müəyyən etdiyi qiymətlər onun öz daxili bazarı qiymətinə çox yaxın olur və eyni zamanda böyük ixracatçı ölkə də güclü olduğu üçün bu ölkədə həyat səviyyəsi, maaşlar və dolays ilə də qiymətlər daha kiçik ölkədəkindən  yüksək olacaqdır. Nəticədə bu da xarici ticarətdə öz əksini tapmış olar. Amma, bu kimi iqtisadi hadisələr belə vəziyyətlərdə bəzən daha zəif iqtisadiyyata sahib ölkələrin üzünü güldürər.  Məsələn, Təsəvvür edək ki, iki (A və B) ölkələri vardır. “A” ölkəsi daha güclü, “B” isə daha kiçik iqtisadiyyata sahib ölkədir. “A” və “B”ölkələri dünya bazarına bəzək əşyaları ixrac etmiş olsunlar. “A”nın  hər il dünya bazarında 5000, “B” nin isə 3000 məhsulu öz tələbini tapmış olduğunu qəbul edək. Çünki “A” daha güclü ixracatçıdır və onun bazar payı da böyükdür. “A” nın bir məhsulunun  (tələb və maaş yüksək olduğu üçün) 10 AZN yə, “B” nin ki isə 7 AZN yə daxili bazarda satıldığını qəbul edək. Dediyimiz kimi güclü iqtisadiyyata sahib ölkə olaraq adlandırdığımız ölkə eyni zamanda yüksək tələb və təklifə sahib ölkədir və elə eyni zamanda o böyük ixracatçı olduğuna görə də dünya qiymətləri də onun müəyyən edəcəyi səviyyələrdə stabitlənəcəkdir. Deyək ki, “A” ölkəsi öz məhsulunu daxili bazarın bir az üzərində, 12 AZN yə dünya bazarına ixrac etdi. Nəticədə “A” bu ticarətdən 10.000 (5000*2) AZN əldə edərkən, “B” isə 10.500 (3000*(12-7)) AZN gəlir əldə edəcəkdir. Nəticədə dünya ticarətində böyük ölkənin xarici ticarət həcmi böyük olsa da, daha kiçik ölkə daha qazanclıdır. Bu iqtisadiyyatda “ÖNƏMSİZ OLMANIN ÖNƏMİ” adlandırılır. Real həyatda isə bunun ən yaxşı örnəyi, Alnmanya və Hollandiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarındakı buna bənzən vəziyyətində ortaya cıxır. Bu ticarətdə Almanya daha  geniş xarici ticarət həcminə sahib olsa da , Hollandiya gəlirdən daha çox pay alan tərəfdir.


 
biz.