İqtısadıyatda
hər bir şeyin ona biçilən dəyərinə uyğun qiyməti var. Hətta bazara yeni daxil
olan məhsul belə bir neçə vaxtdan sonra öz tələbinə uyğun qiymət qazanmış olur.
Amma dünyada bəzi varlıqlar vardır ki, onlara qiymət
baxımından heç bir dəyər biçilməmişdir. Məsələn, dünya okeanı, saxara səhrası
ya da insan həyatının qiyməti. Amma bu o demək deyil ki, bu varlıqların qiyməti
yoxdur. Sadəcə bu varlıqlar alım və satım üçün bazara çıxarılmır ya da
çıxarılması mümkün deyil. Buna baxmayaraq iqtisadiyyatda bu varlıqlara da qiymət
biçilmişdir və bu amil bir çox məsələlərin həllində köməkçi olmaqdadır. Yəni,
siz elə düşünə bilərsiniz ki, insan hyatının qiyməti yoxdur və bu pulla ölçülə
bilməz. Amma, iqtisadçılar üçün bunu ölçmək o qədər də problem deyil və bu eyni
zamanda bir sıra hüquqi tənzimləmələr üçün də vacib hesablamadır. Bəs necə...
Fərz edək ki, siz dövlətin hər hansı bir yerli idarə
orqanına vəzifəli şəxs kimi təyin olunmusunuz. Şəhərin baş mühəndisi sizin
yanınıza bir təkliflə gəlir. Bu təklifdə şəhərin önəmli yollarından birində yol
ayrıcında piyada keçidinin ssalınması layihəsi vardır və layihə 10 000 dollara
başa gələcəkdir. Sizdən istənən isə bu təklifin dəyərləndirilib layihənin gerçəkləşdirilib
gerçəkləşdirilməyəcəyinə qərarın verilməsidir. Bir iqtisadçı olaraq sizin edəcəyiniz
ilk şey isə təbii ki, layihəyə çəkiləcək xərclə o xərc sonrası iqtisadiyyat
dilindən desək əldə edilcək gəlirin (piyada ölüm riski) qarşılaşdırılmasıdır.
Oxşar yol nəqliyyat hadisələri və layihələr diqqətə alınaraq
belə qənaətə gəlinir ki, piyada zolağının salınması piyada ölüm riskini 1.6
faizdən 1.1 faizə qədər azaldır. Bu şəkildə iqtisadi məlumatlar əldə edildikdən
sonra isə məsrəf mənfəət qarşılaşdırılması həyata keçiriləcəkdir. Keçidin salınması
manatla, digəri isə insan həyatı ilə ölçülərək qarşılaşdırılacaqdır. Buna göre biz
iqtisadi cəhətdən düzgün qərar vermək üçün insan həyatını pulla ifadə etməliyik.
Yəni, insan həyatının dəyəri sonsuzdur deyimi iqtisadiyyat üçün keçərli deyil və
bu bizim bəzi qərarları qəbul etməyimizə mane olacaqdır. Bəs biz bu məbləği nə
ilə ifadə edirik.?
Bu suala cavab vermənin bir yolu məhkəmənin qəsdən
adamöldürmə halında istifadə etdiyi üsulda olduğu kimihəmin insan sağ qalsaydı,
həyatı boyu nə qədər pul qazana biləcəyi ilə ifadə edilməkdi. İqtisadçılar isə
bu üsulun əlehinə çıxış edirlər. Çünki, bu üsulun qəribə nəticələrindən biri
budur ki, təqaüdçü və ya əlil insanın həyatı heç bir dəyərə malik deyil.
İnsan həyatının dəyərini müəyyən tməyin bir digər yolu da
insanların könüllü olaraq qəbul etdiyi riski və bu riskləri qəbul etməyin
müqabilində tələb etdikləri məbləği nəzərdən keçirməkdir. Çünki, uca mərtəbəli
binada fəhlə kimi işləyəb birinin həyatı riski, ofisdə işləyəninkindən daha
yüksəkdir. Bu üsuldan istifadə etmiş tədqiqatçılar ortalama olaraq insan həyatının
dəyərinin 10 milyon dollara bərabər olduğu haqqında nəticə çıxarmışlar.
İndi isə biz bir iqtisadçı kimi düşünərək layihənin işlənilib,
işlınilməməsinə qərar verəbilərik. Əgər piyada keçidlrinin salınması 10 000
AZN dirsə və bu piyada ölümlərini 0.5 faiz azaldırsa onda bunu hesablamaq o qədər
də problemli məsələ deyil. Beləliklər keçidlərin salınmasından əldə edilən
fayda (0.005 x 10 milyon = 50 000) dirsə onda bu layihənin hazırlanmasına
etiyac vardır. Yəni, nəticə olaraq mənfəət məsrəfdən yüksəkdir.
2014 cü ildə ABŞ da asma xəstəsi olan Eric Garner polislər tərəfindən
istəmədən boğularaq öldürülmüşdü. ABŞ dövlət məhkəməsinin çıxardığı qərara əsasən
49 yaşındakı mərhumun ailəsinə 5.9 milyon dollar təzminatın ödənməsi də bu şəkildə
qəbul edilmiş bir qərarlardandır.
Azərbaycanda xüsusi ilə
tikinti sahəsində və bir çox digər sahələrdə insanlar hələ də təhlükəsizlik tədbirlərini
yuxarı vəzifəli şəxslərdən tələb etməməklə öz həyatlarının qiymətini çox ucuz
biçirlər.

Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
YanıtlaSil...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
Çox sağ ol